Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN generalının əmlakları özünə qaytarıldı

Sabiq general 14 il həbs cəzası alsa da, 2020-ci ildə əfv olunaraq azadlığa çıxıb...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) general-mayoru Sübahir Qurbanovun müsadirə olunan əmlaklarının bir hissəsi geri qaytarılıb.

Poliqon.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən göndərilmiş təqdimata həmin məhkəmədə baxılaraq qərar qəbul olunub.

Hakim İlkin Rəsəbovun sədrliyi ilə keçirilən iclasda Sübahir Qurbanova məxsus iki ədəd mənzil və Masallının Qızılavar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin sabiq MTN generalına qaytarılması məqbul sayılıb. Onun Novxanıda 1 hektardan çox torpaq sahəsi və üzərindəki tikili, eyni qəsəbədə yerləşən bağ evi, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və yanacaq doldurma məntəqəsi üzərindəki müsadirə qərarı qüvvədə qalıb.

Xatırladaq ki, Sübahir Qurbanov MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. 2015-ci ildə MTN ləğv olunduqdan sonra həbs edilib. O, çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etmək, onlardan külli miqdarda pul vəsaitlərinin əllərindən alınması, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələmə, dövlət büdcəsini israf etmə və s. kimi əməllərdə təqsirli bilinib. Onun bu cinayətlər vasitəsilə ümumilikdə 9 milyon manat pul və qiymətli əşyaları ələ keçirdiyi bildirilir.

Qeyd edək ki, sabiq general 14 il həbs cəzası alsa da, 2020-ci ildə əfv olunaraq azadlığa çıxıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay