Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murad Musayev: "Nərd oyununda belə, qalib gəlmək istəyirəm"

Futbolçu qələbə qazanmaq istəmirsə, gedib başqa idman növü ilə məşğul olsun...

"Nərd oyununda belə, qalib gəlmək istəyirəm".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının yutub kanalına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, futbolçu qələbə qazanmaq istəmirsə, gedib başqa idman növü ilə məşğul olsun: "Mən yoxlama oyunu ilə rəsmi qarşılaşma arasında fərq görmürəm. Düzdür, bu cür görüşlərdə uduzmaq olar, amma konsentrasiyanı itirməməliyik".

O, oyunun məzmunu və keyfiyyətindən razı qaldığını söyləyib: "Matça nəzarət edir, qol fürsətləri yaradır, rəqibi təzyiq altında saxlayırdıq. İlin ilk oyunu nəzərə alsaq, yaxşı təsir bağışladıq. Görüşün sonlarını nəzərə almasaq, hər şeydən razı qaldım. Futbolu qalib gəlmək üçün oynayırıq. Nəzarət 90 dəqiqə sənin tərəfində olursa, matçın sonlarında belə oynamamalısan. Qalan hər şey yaxşı idi".

40 yaşlı baş məşqçisi cari mövsümdəki məqsədlərini də açıqlayıb: "Hədəfimiz avrokuboklara düşməkdir. Mövsümün ilk hissəsini ümumilikdə yaxşı keçirdik. Keyfiyyət baxımından irəiyə doğru addım atmaq, daha da artırmaq istəyirik".

Transfer məsələsinə də toxunan Musayev bəzi oyunçulara baxdıqlarını gizlətməyib: "Hələlik transferlərdən uzağıq, bizə uyğun gələn futbolçu yoxdur. İzlədiyimiz oyunçuların hansı mövqelərdə çıxış etdiklərini deməyəcəyəm (gülür)".

pia.az


Etiket: Murad Musayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar