Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Züqanov “beşinci kolon”la mübarizə üçün SMERŞ-i bərpa etməyə çağırıb

Rusiya kommunistlərinin liderinin fikrincə, əgər insan Vətənə xəyanət edirsə, onu cəzalandırmaq üçün müvafiq qanunlar lazımdır…

PİA.az xəbər verir ki, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov NSN kanalına verdiyi müsahibəsində Stalinin vaxtında SSRİ xaricində fəaliyyət göstərən SMERŞ (Casuslara ölüm) əks-kəşfiyyat təşkilatının yenidən yaradılmasını vacib olduğunu bildirib. Fikrini izah edən siyasətçi qeyd edib ki, söhbət Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “ölkədən çıxan xainlərin” cəzalandırılması təklifindən getmir, “özündən çıxaraq tüğyan edən beşinci kolon”dan gedir.

“Məsələ Medvedevdə və onun təklifində deyil, məsələ bu dəhşətli maşının bizi necə boğmasındadır. Onlar hər yerdə var. İnformasiya sahəsində, məktəblərdə və universitetlərdə mövcuddurlr. Ona görə də SMERŞ-ə çoxdan zərurət yaranıb”, Zyuqanov dedi.

Rusiya Kommunist Partiyasının lideri hesab edir ki, “beşinci kolon ətrafda tüğyan edəndə” cəmiyyəti səfərbər etmək və toplamaq, bütün ən son texnologiyalara yiyələnmək və lazımi silahlar istehsal etmək mümkün deyil.

“Artıq strateji aerodromlar atəşə tutulur, burda nəyi gözləyirsiniz?”, deyə Zyuqanov sual edib.

Qeyd edək ki, dünən Medvedev səfərbərlikdən yayınamaq üçün ölkədən qaçan və yaxu da düşmən tərəfinə keçən “satqınları müharibə qanunlarına uyğun olaraq” cəzalandırmağa çağırıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini mövcud qanunların işləmədiyi halda bunu məqsədəuyğun hesab edib.

Xatırladaq ki, Stalinin hakmiyyəti illərində SMERŞ əks-kəşfiyyat təşkilatı Rusiyaya xəyanət edən casusları xaricdə öldürməklə məşğul olurdu. Bəzilərinə görə bu qurum Stailinin ölümündən sonra ləğv edilib. Bəsiləri isə SMERŞ-in hələ də fəaliyyət göstərdiyinə əmindurlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar