Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gümrüdə anti-Rusiya aksiyası - Ermənilər arasında rusofobiya getdikcə artır...

Son illər İravanın uğradığı hərbi-siyasi məğlubiyyətlər fonunda ermənilər arasında rusifobiyanın artması Ermənistan üçün hansı müsbət və mənfi nəticələr vəd edə bilər?..

Politoloq: “Hər nə qədər aksiyada iştirak edən 100-dən çox adam saxlanılıb, “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Artsaxa beynəlxalq sülhməramlılar”, “Rusiya-Türkiyə işğalına - yox” şüarları səsələnsə də, bunun İrəvanın növbəti şousu olduğu bəllidir”.

“Paşinyan Qərbyönlü siyasət yürüdür və Rusiya Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasını istəyir. Lakin o bunun bu tezlikdə baş verməyəcəyini də yaxşı başa düşür”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın Milli Demokratik Qütb blokunun Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə keçirdiyi etiraz aksiyasını PİA.az-a şərh edərkən qeyd edib.

Rusifob təmayülü ilə seçilən Ermənistanın Milli Demokratik Qütb bloku 8 yanvar tarixində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Laçın yolunun bağlanması ilə bağlı Rusiyanı ittiham edib və rusofob şüarlar səsləndiriblər.

Son illər İravanın uğradığı hərbi-siyasi məğlubiyyətlər fonunda ermənilər arasında rusifobiyanın artması Ermənistan üçün hansı müsbət və mənfi nəticələr vəd edə bilər? Eyni zamanda Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə inteqrasiya olunması imkanlarını necə dəyərləndirmək olar?

Ermənistanın növbəti “oyun” planını PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Gələcəkdə daha geniş bir aksiya keçirilsə, Moskvanın cavabının necə olacağını Paşinyan test etmək istəyir”.

Nikol Paşinyanın Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahat olduğunu nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, Erənistanın baş naziri narahatlığını Kremlin diqqətinə bu yolla çatdırır:

“Prinsip etibarı ilə Milli Demokratik Qütb siyasi hərəkatının üzvü Vaqe Qasparyan ermənilərin Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini öncədən bildirmişdi. Yəni Qasparyan: “Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq” - demişdi.

Hər nə qədər aksiyada iştirak edən 100-dən çox adam saxlanılıb, “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Artsaxa beynəlxalq sülhməramlılar”, “Rusiya-Türkiyə işğalına - yox” şüarları səsələnsə də, bunun İrəvanın növbəti şousu olduğu bəllidir.

Aydın məsələdir ki, Nikol Paşinyan Qərbyönlü siyasət yeridir və Rusiya Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasını istəyir. Lakin o bunun bu tezlikdə baş verməyəcəyini də yaxşı başa düşür. Bu mənada Paşinyan bu aksiya ilə Kremlin nəbzini yoxlayır. Yəni bu istiqamətdə gələcəkdə daha geniş bir aksiya keçirilsə, Moskvanın cavabının necə olacağını Paşinyan test etmək istəyir.

Turan Rzayev: “Kreml faktiki olaraq 102-ci hərbi baza vasitəsi ilə separatçıları silahlandırır”.

O ki qaldı, Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasına, nəzərə almaq lazımdır ki, Rusiya bu hərbi bazadan Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşıyır. Bu faktı rəsmi Bakı da dəfələrlə aşkarlayıb. Kreml faktiki olaraq 102-ci hərbi baza vasitəsi ilə separatçıları silahlandırır.

Rəsmi İrəvan hər nə qədər Qarabağ Azərbaycanın daxili məsələsidir desə də, 102-ci hərbi baza yolu ilə ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir. Bununla belə Nikol Paşinyan Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahatdır. Erənistanın baş naziri narahatlığını Kremlin diqqətinə bu yolla çatdırır”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ən çox oxunanalar