Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədən əziyyət çəkmiş 3600 nəfərə psixoloji yardım göstərilib

Vətən müharibəsinin acı nəticələrindən biri müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji problemlərdən əziyyət çəkmələridir. Bu istiqamətdə ölkə başçısının xüsusi həssaslığını və tapşırıqlarını nəzərə alaraq psixoloji reabilitasiyanın daha səmərəli təşkil olunması üçün 2 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyədən 20 nəfərdən artıq peşəkar psixoloq və psixoterapevtlər Azərbaycana gəlmiş və müharibədən zərər çəkmiş qazilərə, vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə peşəkar dəstək göstərməkdə davam edirlər.

Türkiyədən Azərbaycana gələn psixoloq heyətinin rəhbəri, psixoloq, sosioloq Selçuk Demirbaşın verdiyi məlumata əsasən sözügedən layihə çərçivəsində toplam olaraq 3600 qazi, müharibə iştirakçısı və şəhid ailələri göstərilən psixoloji dəstəkdən yararlanıblar. Xüsusilə posttravmatik stres pozuntusunun müalicəsi nəticəsində 400-ə yaxın müharibədən zərərçəkən şəxs xüsusi kritik vəziyyətdən xilas olunub, ümumi müraciətçilərin 90%-nin peşəkar psixoloq və psixoterapevtlərin dəstəyi ilə psixoloji sağlamlığının tam bərpasına nail olunub. 44 günlük Vətən müharibəsi dövründən sonra FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana gələn 20 nəfərdən artıq peşəkar psixoloq tərəfindən həyata keçirilən və artıq 2 hissədə baş tutan layihə ərzində ümumi olaraq 8000 seans keçirilib. Layihənin ilk hissəsində 4500 seans sayəsində 2200 nəfər, ikinci hissəsi ərzində isə 3500 seans həyata keçirilib və 1400 nəfər sağlamlığına yenidən qovuşub.

2-ci Qarabağ müharibəsindən sonra ölkəmizdə həyata keçirilən layihə artıq Bakı, Gəncə, Sumqayıt, Qəbələ, BərdəLənkəran şəhərlərində də baş tutub. Növbəti 2 ay ərzində layihə Türkiyəli mütəxəssislər və FHN-in psixoloqları ilə birlikdə Bakı və Naxçıvan şəhərində həyata keçiriləcəkdir.

“Sözsüz ki, müharibə böyük bir faciədir, onun talelərdə çox dərin izləri, qəlblərdə acı çöküntüləri qalır. Lakin Azərbaycan dövlətinin zərərçəkənlərə qarşı olan diqqəti və qayğısı sayəsində həyata keçirilən effektiv reabilitasiyaların terrordan əziyyət çəkmiş vətəndaşları yenidən həyat sevgisinə qaytaracağına və onların gözlərindəki yaşam alovunu yenidən alışdıracağına bütün qəlbimizlə inanırıq!” - deyə Selçuk Demirbaş bildirib.

Xatırladaq ki, dəvət olunan Türkiyəli mütəxəssislərin xərcləri tam olaraq FHN tərəfindən qarşılandığından, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan müharibə iştirakçıları, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanlar üçün təşkil olunan yardım tamamilə ödənişsiz həyata keçirilməkdədir.

Psixoloji yardım almaq istəyən vətəndaşlar nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Ən çox oxunanalar