Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talıbovlar “qeybə çəkilib” - Sanki Naxçıvanda belə bir tayfa...

Talıbovlar hazırkı durumlarında nəinki Naxçıvanı, ümumiyətlə, Azərbaycanı tərk etməyi arzulayırlar, əlbəttə ki, əgər onları buraxan olsa...

Bir neçə gündür ki, “səhhətinə görə” istefa verən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovu və onun yaxın qohumlarını Naxçıvanda “gördüm” deyən yoxdur.

PİA.az “AzPolitika.info"ya istinadla bildirir ki, nə Vasif Talıbovun özü, nə oğlu Seymur, nə də rəsmən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini daşıyan qardaşı Məhərrəm Talıbov üz-araya çıxmır.

Məlumatda qeyd olunur ki, Talıbovun müxtəlif dövlət idarələrində vəzifə tutan qardaşı oğulları və digər yaxın qohumları da Naxçıvanda gözə dəymirlər.

Bir sözlə, talıbovlar “qeybə çəkiliblər” və sanki uzun illər Naxçıvanda “at oynadan”, “qılıncının dalı da, qabağı da kəsən”, Azərbaycan dövlət büdcəsindən Muxtar Respublikaya ayrılan vəsaitlərdən tutmuş gömrükdən gələn “qara pullara” qədər mənimsəyib, yüz milyonlara, hətta milyardlara sahib olan, Azərbaycan qanunlarını ayaq altına alıb, öz “əndrəbadi” qanunlarını tətbiq edən bunlar deyildi. İndi onları nə görən var, nə eşidən. Sanki Naxçıvanda belə bir tayfa yaşamır...

Talıbovların bu cür “qeybə çəkilmələrinin”, necə deyərlər, sıçan deşiyini satın almalarının onların hazırkı əzgin mənəvi-psixoloji durumu, yoxsa naxçıvanlıların qəzəbindən və tənəsindən çəkinmələri ilə bağlı olduğunu deyə bilmərik. Onu da deyə bilmərik ki, bu vəziyyət nə vaxta qədər belə davam edəcək. Onların ümumiyyətlə, Naxçıvanda yaşayıb-yaşamayacaqları da hələ bəlli deyil. Ancaq onu deyə bilərik ki, talıbovlar hazırkı durumlarında nəinki Naxçıvanı, ümumiyətlə, Azərbaycanı tərk etməyi arzulayırlar, əlbəttə ki, əgər onları buraxan olsa...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar Şuşada gəzib, Gövhər ağa məscidində olublar

Ən çox oxunanalar