Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanadada 8 yeniyetmə qız yaşlı kişini öldürdü

Kanadanın Toronto şəhərində 13-16 yaş arası səkkiz yeniyetmə qız 59 yaşlı evsiz kişini öldürməkdə ittiham olunub...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəlilər bazar günü gecə yarısından sonra qurbanı bıçaqlamaqda günahlandırılır. Adı açıqlanmayan qurbanın evsizlər sığınacağında yaşadığı bildirilir.

Toronto meri Con Tori bu qətlin onu çox narahat etdiyini deyib. Toronto Polis Şöbəsindən detektiv Terri Braun jurnalistlərə bildirib ki, qurbanı yaralı halda tapan şahidlər polisə məlumat veriblər.

Bir müddət əvvəl sığınacaqda məskunlaşan zərərçəkənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

Kanada qanunlarına görə 18 yaşdan kiçik olduqları üçün şəxsiyyətləri açıqlanmayan gənc qızlar cinayət yerinin yaxınlığında saxlanılıb. Braun gənc qızların sosial mediada tanış olduğunu və onlardan üçünün polisdə cinayət qeydlərinin olduğunu bildirib. Braun deyir:

“Biz onların necə tanış olduqlarını və Toronto şəhərinin mərkəzinə niyə getdiklərini bilmirik”.

Gənc qızların, həmçinin, o gecə başqa bir davada da olduğu bildirilib.

Yaxınlıqdakı sığınacaqda yaşayan bir hadisə şahidi bildirib ki, gənc qızlar spirtli içki istəmək üçün qurbanın yanına gəliblər və o, müdaxilə edib özünü qorumaq istəyərkən qarnından bıçaqlanıb.

pia.az


Etiket: Kanada

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ən çox oxunanalar