Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oksfordda Avropa Siyasi Birliyinin sammiti başlayıb, İlham Əliyev toplantıda iştirak edib - Yenilənib

İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib...

APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

***

London yaxınlığında, Oksfordda Blenheym sarayında Avropa Siyasi Birliyinin IV sammitinin açılış plenar iclası keçirilir.

Poliqon xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edir.

***

London yaxınlığındakı Oksfordşirdə keçiriləcək “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək.

“Report” xəbər verir ki, 2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏTAvropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

“The Guardian” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir.

Bir günlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikenin qəbulu nəzərdə tutulmur.

Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutacaq.

Qəsr 1705-1724-cü illərdə klassikləşdirilmiş barokko üslubunda və ya İngilis memarlığına xas olan “Kraliça Anna üslubunda” Marlboronun ilk hersoqu Con Çörçill və həyat yoldaşı Saranın iqamətgahı kimi tikilib. Dizaynerləri Con Vanbru və Nikolas Haksmur olub. Adını Hersoqun fransızlar üzərində qələbəsi şərəfinə alıb.

Eyni zamanda sammitdə Macarıstanın Baş naziri Viktor Orbanın turundan sonra Aİ liderləri ilə ilk görüşü olacaq. İyulun 2-dən iyulun 11-dək Ukraynadakı sülhməramlı missiyası çərçivəsində o, Kiyev, Moskva, Pekin və Vaşinqtonda səfərdə olub, burada ölkə liderləri ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı 2022-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay