Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi – “Mini post”

Laçın yolunda Volkovun dediyi “mini post” olacaqsa, bu Rusiya “sülhməramlılarını” işğalçı durumindan çıxarmaqla yanaşı, eyni zamanda erməniləri də Azərbaycan qanunları qarşısında qorumasız olduqlarını göstərəcək…

Dünən Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov əsl sensasiya ilə çıxış edib. Komandanın dediyinə görə sülhməramlılarının Birinci postunda (Laçın) Azərbaycan tərəf i ilə birgə “mini gömrük postunun” fəaliyyət göstərməsi haqqında razılıq əldə edilib.

Açığı bu xəbərin Rusiya sülhməramlılarının komandanının dilindən səslənməsi erməniləri hər nə qədər təşvişə salsa da, bir o qədər də inanılmaz görünür. Ona görə inanımaz görünür ki, əgər Volkovun sözlərindən çıxış edərsək və bu baş verərsə, belə çıxır ki, özlərinə “sülhməramlı” deyən və Azərbaycan ərazisinə gecəylə soxulan və iki il müddətində mandat ala bilməyən Rusiya ordusu artıq olmayan mandatına uyğun fəaliyyət göstərməyə başlayacaq.

Yəni separatizmə dəstək verməyəcək, terrorçulara təlim keçməyəcək, hətta terrorçular üçün silah daşımayacaq. Nümunəvi olaraq “sülhməramlı missiyalarını” həyata keirəcəklər. Bu isə doğrudan inanılmazdır və rusların sülhməramlı məntiqinə ziddir. Çünki ruslara görə sülhməramlı ordu da elə işğal ordusudur və necə ki, bu missiyanı Moldaviyada, Gürcüstanda həyata keçiriblər eləcə də Qarabağda geçirməyə cəhd ediblər və bu günə qədər də buna nail olublar.

Rusiya “sülhməramlılarının” olduqları hər yerdə tək məqsədi olub: onların “düdüyünə” oynayan və onlar üçün yeni torpaqlar işğal edən separatistləri və terrorçuları müdafiə etmək. Bu həmişə Rusiyanın “sülhməramlı missiayasının mahiyyəti olub və onlar bu məntiqdən çıxış edərək öz “vəzifə borçlarını” yerinə yetiriblər.

Təbii ki, Laçında “mini gömrük postu”nun qurulması heç də o analama gəlmir ki, Volkov və əsgərləri separatçıları müdafiə etməkdən tövbə edəcəkər. Sadəcə o deyilən “mini post” olandan sonra ermənilər bu torpaqlara kimin sahib olduğunu görəcək və duyacaqlar və başa düşəcəklər ki, ruslar onları törətdikəri cinayətlərdən qoruya bilməz.

“Mini post” həmçinin Qarabağa silah, mina, arzuolunmayan şəxslər, xüsusən xaricilərin Laçın dəhlizindən Qarabağa girişini önləyəcək. Bununla da ermənilər bir daha əmin olacaqlar ki, onlar Azərbaycan torpaqlarında yaşamaq üçün ya Azərbaycan vətəndaşı olacaqlar, ya da Qarabağa turist olaraq Bakı istiğamətindən gələ biləcəklər.

Yəni qısacası, Laçın yolunda Volkovun dediyi “mini post” olacaqsa, bu Rusiya “sülhməramlılarını” işğalçı durumindan çıxarmaqla yanaşı, eyni zamanda erməniləri də Azərbaycan qanunları qarşısında qorumasız olduqlarını göstərəcək və cinayətkarlar artıq Qarabağda əllərini-qollarını sallayıb gəzə bilməyəcəklər…

Amma bütün bunların olması üçün öncə Volkovun dediyi o “mini post” olmalıdır…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar