Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Buzovnada üç nəfəri öldürməkdə şübhəli bilinən kürəkən tutulub - Yenilənib  

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində üç nəfəri öldürməkdə şübhəli bilinən şəxs tutulub....

"Report"un əldə etdiyi məlumata görə, bu, keçmiş kürəkən Nofəl Səfərovdur.

***

TƏBİB Buzovnada iki gün əvvəl evə basqın zamanı bıçaqlanan qadının xəstəxanada ölməsi barədə məlumat yayıb.

TƏBİB-dən PİA.az-a verilən məlumatda bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 29 noyabr tarixində baş verən hadisə nəticəsində xəsarət alaraq TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilən 1945-ci il təvəllüdlü Şahirə Muradova dekabrın 1-i saat 03:00 radələrində tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Qeyd edilib ki, eyni hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə zəruri tibbi xidmətlər aldıqdan sonra həkimlərin rəyi ilə evə buraxılıb.

***

PİA.az xəbər verir ki, 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Rahil Muradov hadisə günü xəstəxanada ölüb.(apa)

pia.az


Etiket: qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Ən çox oxunanalar