Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu: Taxıl sazişinin uzadılması Türkiyənin gündəliyindədir

"Taxıl sazişinin uzadılması məsələsi uzun müddətdir Türkiyənin gündəliyindədir. Ümid edirik ki, 4 aydan sonra bu sazişi yenə, bu dəfə 1 illik uzada biləcəyik"...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Rusiya taxılı və gübrəsinin ixracatı üçün razılıq əldə olunmayıb: “Biz ABŞ və digər tərəfdaşlarımızla təmaslarımızı davam etdiririk, amma bəzi maneələr hələ də aradan qaldırılmayıb, bunu etmək lazımdır. Bəziləri deyir ki, biz Rusiyanı müdafiə edirik. Xeyr, hər şeydən əvvəl bu bir sazişdir. Biz Ukrayna taxılının kasıb ölkələrə getməsi üçün, sazişdə olduğu kimi, Rusiyanın tələblərinin yerinə yetirilməsinin lazım olduğunu deyirik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin vasitəçilik səyləri iki ölkə arasında inamın bərpa olunmasına yönəlib və bunun üçün Türkiyə lideri rusiyalı və ukraynalı həmkarları ilə təmaslarını davam etdirəcək.

pia.az


Etiket: Çavuşoğlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay