Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin “ac toyuq” ritorikası, sülhməramlıların səriştəsizliyi - Foto

Son zamanlar Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin Qarabağdakı erməni separatçılarının tör-töküntüləri Rusiya sülhməramlılarının fəaliyyət müddətinin uzadılmasına çalışırlar...

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bu mövzuda sərsəm bəyanatlar səsləndirmiş, buna etiraz etmədiyini bildirmişdi. Bu günlərdə isə Qarabağdakı separatçıların qanunsuz hökumətində baş nazir postuna uyğun olan “dövlət naziri” vəzifəsinə təyin edilmiş rusiyalı milyarder Ruben Vardanyan televiziya kanallarına müsahibəsində oxşar tezislərlə çıxış edib. Şübhəsiz ki, sülhməramlıların fəaliyyət müddətinin bitməsi vaxtı yaxınlaşdıqca ermənilərin narahatlığı artır. Çünki Qarabağdakı terrorçular bir çox hallarda məhz onların kölgəsinə sığınaraq təxribatlar törədirlər.

Qarabağdakı Rusiya sülhməramlılarının öz missiyalarını arzuolunan səviyyədə yerinə yetirmədikləri gün kimi aydındır. Əks halda onların nəzarətində olan ərazilərdə sabitlik təmin olunardı. Lakin fakt ondan ibarətdir ki, onların nəzarətində olan ərazilərdə qanunsuz erməni hərbi birləşmələri özlərini təhlükəsiz hiss edirlər. Elə bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətindəki mövqelərini atəşə tutmasını buna misal olaraq qeyd edə bilərik. Oxşar hallar əvvəllər də olub. Əgər belədirsə, sülhməramlıların fəaliyyətinin uzadılmasına nə ehtiyac var?!

İkincisi, 2020-ci il noyabrın 10-da Azərbaycan, RusiyaErmənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanatda göstərilib ki, sülhməramlıların Qarabağa yerləşməsi ilə paralel olaraq qanunsuz erməni hərbi birləşmələri ərazilərimizi tərk etməlidir. Lakin belə olmadı. Bu, ermənilərin məkrli planlarının, sülhməramlıların isə öz mandatlarını yerinə yetirə bilməmələrinin növbəti isbatıdır.

Beləliklə, ermənilərin niyə sülhməramlıların mandatının uzadılmasına çalışmaları aydındır. Bu, onların konstruktiv regional siyasətindən yox, əksinə, çirkin niyyətlərindən, revanşist planlarından xəbər verir. Ola bilsin, İrəvanın havadarları üçün də bu, arzuolunandır. Lakin üçtərəfli sənəd və həmin razılığın tələbləri ortadadır.

Prezident İlham Əliyev noyabrın Şuşada hərbçilər qarşısında çıxış edərkən sülhməramlıların fəaliyyəti barədə mühüm mesaj verdi. Dövlət başçısı bildirdi ki, rusiyalı sülhməramlılar orada müvəqqəti yerləşiblər:

Rusiyalı sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər ermənilər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Bu konkret mesaj təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyinə deyil, həm də onun havadarlarına ünvanlanmışdı.

Çətinə düşən kimi telefonu əlinə alıb dünya liderlərindən yardım uman Ermənistan baş naziri Nikol Paşinyan eyni ilə ac toyuq kimi yuxuda darı görə bilər. Amma reallıqlar ortadadır. Rəsmi İrəvan bir neçə dəfə mövcud reallıqlarla barışmamağa, guya etiraz etməyə çalışıb. Və hər dəfə daha ağır vəziyyətlə üzləşib. Odur ki, ermənilər məntiqli davranmalı, Prezident İlham Əliyevin dediyi kimi, odla oynamamalıdırlar. Əks halda, öz əlləri ilə oturduqları budağı kəsəcəklər.

“Report” İnformasiya Agentliyi

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar