Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bıçaqlanandan sonra Salman Rüşdinin bir gözü görmür, bir əli hərəkətsiz qalıb

Bu ilin avqustunda bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin gözlərinin biri görmür, yazıçı əlinin birini hərəkət etdirə bilmir...

APA-nın xəbərinə görə, bu barədə “Sky News“ yazıçının agenti Endryu Vayliyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Salman Rüşdi boynundan 3 ciddi bıçaq yarası alıb, sinirlər zədələndiyindən əlinin biri hərəkətsiz qalıb, bir gözü isə görmə qabiliyyətini itirib. 75 yaşlı yazıçının sinəsi və bədəninin müxtəlif yerlərində isə 15 bıçaq yarası olub.

Bununla belə, Endryu Vayli yazıçının hazırda olduğu məkan barədə məlumat təqdim edə bilməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, bu il avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Salman Rüşdi tədbirlərin birində məruzə söyləyərkən 24 yaşlı Nyu-Cersi sakini Hadi Matar əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Hadi Matar saxlanılıb, o, sui-qəsdə cəhddə ittiham olunur.

Yazıçıya hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

pia.az


Etiket: Salman Rüşdi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay