Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib - Yenilənib

Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində Xarici İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub.

Bu barədə PİA.az-a XİN-dən məlumat verilib.

Qeyd olunub ki, tədbirin təşkilinə həmçinin Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Gənclər Fondu, BP Azərbaycan və iTicket.az şirkətləri də töhfə verib.

Yarmarka AzərbaycanBMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 ilinin tamam olması və hər il dünyada 24 oktyabr tarixində qeyd olunan BMT Gününə həsr olunub. Tədbirə 40-dan artıq ölkə qatılıb.

Tədbirin açılışında çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanda ilk dəfədir bu formatda təşkil olunmuş tədbirin xarici ölkələrin mədəniyyətinin, mətbəxinin və musiqilərinin ölkəmizdə təqdim edilməsi üçün faydalı olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, o, tədbirdən əldə olunacaq vəsaitin Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirdiyi layihənin maliyyələşdirilməsinə sərf olunacağının təqdirəlayiq hal olduğunu bildirib. Nazir ölkəmizin BMT-nin fəal üzvlərindən olduğunu, beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar sahələrdə geniş töhfələr verdiyini, bu tədbirin ölkələr arasında dostluq və əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulayıb.

Sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vəzifələrini icra edən Quido Ambroso çıxış edərək, təşkil olunmuş tədbirin tədbirdə iştirak edən ölkələrlə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb, BMT tərəfindən həyata keçirilən layihələr və prioritet istiqamətlər barədə məlumat verib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndəlikləri tərəfindən təmsil etdikləri ölkələrin mədəniyyətlərini tərənnüm edən milli mətbəx nümunələri və suvenirlər xeyriyyə məqsədilə satışa çıxarılıb. BMT-nin müxtəlif qərargahlarında illik əsasda həyata keçirdiyi bənzər xeyriyyə tədbirlərinin təcrübəsinə uyğun olaraq, yarmarkanın gedişatında bir sıra qiymətli hədiyyələrin qazanılması üçün müsabiqə təşkil edilib. Tədbirdə iştirak edən ölkələrin və Azərbaycanın milli rəqs və musiqi nömrələrindən ibarət geniş mədəni proqram nümayiş olunub.

Eyni zamanda, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən təşkil olunmuş sərgidə ölkəmiz tərəfindən həyata keçirilən beynəlxalq yardım fəaliyyətinə dair şəkillər nümayiş olunub, eləcə də informativ bukletlər qonaqlara təqdim edilib.

Tədbirə giriş və müsabiqədə iştirak üçün biletlərin satışı, eləcə də yarmarkada həyata keçirilən satışlardan əldə olunan ümumi vəsait BMT-nin Uşaqlar Fondunun (YUNISEF) Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirdiyi layihənin maliyyələşdirilməsinə sərf olunacaq.

***

Bakıda Heydər Əliyev adına İdman - Konsert Kompleksində Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilir.

PİA.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyinə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin 3-cü ildönümünə və BMT Gününə həsr olunub.

Tədbirdə 30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların suvenirlərindən ibarət stendlər nümayiş etdirilir.

Xeyriyyə yarmarkasından əldə olunan bütün vəsait UNİCEF-in həyata keçirdiyi layihə üzrə sağlamlıq imkanları məhdud uşaqlara bağışlanacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar