Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncəyə dördüncü raket atəşindən iki il keçir – Video

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni dördüncü dəfə raket atəşinə tutmasından iki il keçir...

Xatırladaq ki, 44 Günlük Vətən müharibəsində cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən Ermənistan qisası mülki əhalidən alırdı. Bunun üçün Gəncəni intensiv atəşə məruz qoyurdu.  

Oktyabrın 4-də, 5-də, 8-də Gəncəni atəşə tutan Ermənistan Azərbaycan xalqının mübarizə ruhunu sındırmaq məqsədinə nail olmadı.

Buna görə də, oktyabrın 11-i gecə saatlarında “Toçka-U” raket sistemindən istifadə edərək, şəhərdə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu. 

Gəncə şəhərinin düz mərkəzi hədəf alındı. Ümumilikdə həmin gecə ermənilərin Gəncəyə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, 10 mülki şəxsin ölümünə, uşaqlar da daxil olmaqla 40 nəfərin ağır yaralanmasına səbəb oldu.

Törədilən hərbi cinayət yalnız dinc sakinlərə, evlərə deyil, yaxınlıqdakı tarixi abidələrə, iaşə obyektlərinə də zərər vurmuşdu.

Ermənistanın bu hücumu da Azərbaycan Ordusunun irəliləməsinə və xalqın Prezidentin ətrafında sıx birləşməsinə maneə yarada bilmədi.

Həmin gün Ermənistan ordusu Mingəçevir Su Elektrik Stansiyasını da hədəf alıb. Raketlər Azərbaycan Ordusunun balansındakı hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.  

Qeyd edək ki, Ermənistanın Gəncəyə hücumları ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb. (oxu.az)

pia.az 


Etiket: Gəncə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ən çox oxunanalar