Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfərbərlikdən yayınmaq istəyən ruslar özlərinə xəsarət yetirilər - Qorxunc video

Səfərbərlikdən yayınmaq istəyən rusiyalıların əl atdığı daha bir vəhşilik...

Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan olunandan sonra müharibəyə getmək istəməyənlərin bir qismi çarəni ölkədən qaçmaqda görür, digərləri özlərini psixi xəstəliyə vurur, bəziləri isə daha radikal yola əl ataraq özlərinə müxtəlif xəsarətlər yetirirlər.

Sosial şəbəkələrdə bununla bağlı müxtəlif görüntülər yayılır. Belə videoların birində gəncin öz yaşıdının köməyi ilə qolunu sındırdığı əks olunub.

Qeyd edək ki, qismən səfərbərlik barədə qərardan sonra Rusiya Prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Qanun həmçinin xəstəlik göstərərək, özünü şikəst etməklə, sənədləri saxtalaşdırmaqla və ya digər saxtakarlıqla vəzifə borcunu yerinə yetirməkdən imtina edən hərbçiyə beş ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Bununla belə, sosial şəbəkələrdə özünə xəsarət yetirməklə bağlı videolar yayılmaqda davam edir. Belə görünür, rusiyalı gənclər müharibəyə getməkdənsə həbsdə yatmağa üstünlük verirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay