Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təklif edilən təhlükəsizlik zonasında sülhməramlıların yerləşdirilməsi gündəmə gələ bilərmi?..

Ermənilərin dünənki təxribatından sonra sərhəddə təhlükəsizlik zonasının yaradılması gündəmə gəlib...

Hərbi-ekspert: “Bufer zonada rus sülhməramlılarının yerləşəşdirilməsi Rusiyanın təkidi ilə Ermənistan tərəfindən gündəmə gətirilə bilər”.

“Görünən odur ki, Ermənistan qətiyyətlə birgə bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev sərhəddə təhlükəsizlik zonasının yaradılmasının gündəmə gəlməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənilərin dünənki təxribatından sonra sərhəddə təhlükəsizlik zonasının yaradılması gündəmə gəlib. Belə bir sərhəd zolağının yaradılması ehtimalını necə dəyərləndirmək olar və bu təhlükəsizlik zonasında sülhməramlıların yerləşdirilməsi gündəmə gələ bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Son olanlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında bufer zonanın yaradılması artıq mütləq zərurətdir”.

Azərbaycan ordusunun düşmən təxribatlarının qarşısını almaq üçün kifayət qədər təsirli və effektiv tədbirlər görməkdə davam etdiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, bu yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:

“Son ay ərzində Ermənistan silahlı qüvvələrinin LaçınKəlbəcər rayonları istiqamətində yerləşən mövqelərimizi fasiləsiz olaraq müxtəlif çaplı silahlardan atəşə tutması sonunda Azərbaycan ordusunun cavab zərbələri ilə müşayiət olundu. Hər bir istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin diversiya qruplarının fəaliyyəti də müşahidə olundu. Bu da sonda Azərbaycan tərəfinin səbrinin daşmasına gətirib çıxardı.

Görünən odur ki, Ermənistan qətiyyətlə birgə bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil. Ermənistan prosesi daha uzun müddətə yaymaqla bu öhdəliklərdən yayınmaq istəməsi şübhəsizdir. Amma Azərbaycan ordusu düşmən təxribatlarının qarşısını almaq üçün kifayət qədər təsirli və effektiv tədbirlər görməkdə davam edir. Bu yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda Azərbaycan ordusu düşmən təxribatlarının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün əlində olan bütün güc və vasitələrdən istifadə edərək bütün zəruri tədbirləri həyata keçirməkdədir.

Son olanlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında bufer zonanın yaradılması artıq mütləq zərurətdir. Bufer zonada rus sülhməramlılarının yerləşəşdirilməsi Rusiyanın təkidi ilə Ermənistan tərəfindən gündəmə gətirilə bilər.

Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və Ermənistanda baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar