Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“General Bəkir Orucovun həbsi müəyyən suallar doğurur” - Ərəstun Oruclu “Tərtər işi”ndəki dönüşdən danışdı

“Tərtər işi”ndə general səviyyəsində yeni həbslərin reallaşdırılmasının səbəbləri...

Siyasi-şərhçi: ““Tərtər qətliamı” Azərbaycana qarşı hibrid müharibənin çox mühüm bir elementidir. Bunun istintaqını da Dövlət Təhlükəsizlik Xidməti aparmalıdır”.

“Qətlə yetirilənlərin də azı 9 nəfəri birinci korpusunda qətlə yetirilib. Bu prosesin hələ ki, birinci korpusa çatmaması sullar doğurur”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu gözlənilmədən “Tərtər işi”nin bu qədər dərinləşməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Tərtər işi” ilə bağlı son zamanlar səs-küylü həbslər aparılır. Baş Prokurorluğun məlumatına görə ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və 405 zərərçəkmiş şəxs müəyyən edilib.

Gözlənilmədən “Tərtər işi”nin bu qədər dərinləşməsi və general səviyyəsində yeni həbslərin reallaşdırılmasını nəylə əlaqələndirmək olar? Hansı səbəblər haqqında illərdir müzakirələr gedən, müxtəlif səviyyələrdə həm təkzib, həm də təsdiq olunan və yüzlərlə ailənin faciəsinə dönüşən bu cinayətlərin yenidən araşdırıması gərəkli bilindi?

Tərtər işi”i PİA.az-ın əməkdaşı siyasi-şərhçi, illərdir bu işin ictimai müzakirələrini aparan Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Prokurorluğun bu məsələyə sakit yanaşması və bunun üzərindən keçərək ikinci korpusda generalı həbs etməsi təbii ki, suallar doğurur. Bu suallar da veriləcək”.

İstintaqın birinci korpusda deyil, ikinci korpusda dərinləşdirilməsinin sual yaratdığını bildirən Ərəstun Oruclu PİA.az-a bildirib ki, birinci korpusla müqayisədə ikinci korpusada bu cinayətlər kütləvi olmayıb:

““Tərtər işi” adlanan mənim isə daha çox “Tərtər qətliamı” adlandırdığım bu işin gedişatı ilə bağlı son addımlara münasibətim belədir. Birincisi suallar yaranır. Adından bəlli olduğu kimi bu cinayət daha miqyaslı şəkildə Tərtərdə, Mingəçevirdə törədilməsinə rəğmən və ən azı 9 nəfərin qətlə yetirilməsinə, zərərçəkən kimi tanınan şəxslərin mütləq əksəriyyətinin həmin Tərtər ərazisində olmasına rəğmən bu işin Beyləqan korpusundan, yəni ikinci ordu korpusundan başlanması, orada vaxtı ilə qərargah rəisi olmuş general Bəkir Orucovun həbsi müəyyən suallar doğurur. Düzdür, tarix baxımından bu cinayətlərin ikinci ordu korpusuna əlaqəsi var. Çünki bu cinayətlər seriyası kiçik miqyasda da olsa, məhz orada başlayıb, sonra isə birinci ordu korpusuna keçib.

Amma miqyaslar müqaisə olunmazdır. İkinci ordu korpusunda 82 nəfər işgəncələrə məruz qalıb, 1 nəfər qətlə yetirilib. Birinci ordu korpusunda isə işgəncələrə məruz qalanların sayı minlərlədir. Bu gün isə orada 400 neçə nəfərin zərərçəkmiş kimi rəsmi tanınması var. İnsanların çoxu istintaqa inanmır. Bir qisminə də orduda vəzifə veriblər, deyə onlar işlərini itirməkdən qorxaraq susurlar. Bu dəhşətdən sonra işgəncəyə məruz qalanların bir hissəsi ölkəni tərk edib. Buna görə də 405 rəqəmi şərti rəqəmdir.

Qətlə yetirilənlərin də azı 9 nəfəri birinci korpusunda qətlə yetirilib. Bu prosesin hələ ki, birinci korpusa çatmaması sullar doğurur. Onu da qeyd edim ki, birinci korpusdan bir nəfər işgəncə verən və bir də polkovnik Vüsal Ələsgərov həbs olunub. Amma hələlik birinci korpusda həbs olunan general yoxdur. Hərçənd korpus komandiri Hikmət Həsənovun əleyhinə yüzlərlə şahid və zərərçəkmişin ifadəsi var. Buna baxmayaraq baş qərargah rəisi Kərim Vəliyevin təşəbbüsü ilə Hikmət Həsənov nəyinki cəzalandırılmır, hətta vəzifədə böyüdülür.

Prokurorluğun bu məsələyə sakit yanaşması və bunun üzərindən keçərək ikinci korpusda generalı həbs etməsi təbii ki, suallar doğurur. Bu suallar da veriləcək. “Tərtər qətliamı”nın ictimai müzakirəsini birinci başlamış şəxslərdən biri kimi, mən bu suallarımı daim verəcəm. Ona görə ki, əgər biz ədalətin bərpasından danışırıqsa, şübhəsiz ki, burada bütün cinayətkarların çevrəsi müəyyənləşdirilməlidir. Bu çevrə də artıq müəyyən olunub və onların hamısı cəzalandırılmalıdır. İstintaqın öz yanaşması var. Buna görə də gözləyək, görək nə baş verəcək.

Ərəstun Oruclu: “onların hər birinin barəsində verilən ağır cəza Ali Məhkəmənin Kollegiyası tərəfindən təsdiqlənib. İndi Ali Məhkəmə öz qərarını necə ləğv edəcək, bilmirəm”.

Hər bir halda ilk dəfə idi ki, “Tərtər işi” üzrə general həbs olunurdu. Mən onun günahının nə dərəcədə olduğunu bilmirəm. Çünki dediyim kimi, əsas cinayətlər ikinci korpusda olub. Mən birinci korpusda olanları məsələni dərindən araşdırmamışam. Birinci korpusda olnlar qismən araşdırılıb və bununla bağlı ictimai müzakirələr olub.

Burada alqışlanan bir məqam da var ki, həbs olunan 19 nəfər, yəni o vaxt casusluqda, ermənilərlə əməkdaşlıqda ittiham olunların, əleyhinə saxta ifadələr alınaraq həbs edilənlərin işinə yenidən baxılması ilə bağlı Baş Prokurorluq Ali Məhkəməyə müraciət edib. Mən bilmirəm Ali Məhkəmə nə qərar qəbul edəcək. Çünki onların hər birinin barəsində verilən ağır cəza Ali Məhkəmənin Kollegiyası tərəfindən təsdiqlənib. İndi Ali Məhkəmə öz qərarını necə ləğv edəcək, bilmirəm. Amma istənilən halda bu olacaqsa, bu alqışlanmalı haldır.

Ona görə ki, ilk növbədə haqsız, ədalətsiz yerə, şərlənərək həbs edilən hərbiçilər azad olunmalıdır. Bu hələlik yalnız müraciət olsa da, alqışlayıram. Hesab edirəm ki, ilk növbədə də bundan başlanmalı idi və çoxdan başlanmalı idi. Eyni zamanda qeyd etməliyəm ki, sentyabr ayının 17-də təkrar istintaqın təyin olunmasının 9 ayı tamam olur. Bu da o deməkdir ki, 9 ayda istintaq az iş görüb. Bu qərəzli yanaşma deyil. Bu yersiz aşırı tələbkarlıq deyil. İstintaq yalnız vəziyyət gərginləşəndə, Tərtər qurbanlarının ailə üzvləri etiraz aksiyalarına başlayanda belə bir addım atır. Kimlərsə həbs olunur, hansısa açıqlamalar verilir.

Ərəstun Oruclu: ““Tərtər qətliamı”nı törədən cinayətkarlar mütləq layiqli cəzalarını almalıdır. Mən inanıram ki, onlar layiqli cəzalarını alacaqlar”.

Sonuncu dəfə bu may ayında olub. May ayından bu yana isə istintaqın gedişi ilə bağlı bir açıqlama verilməyib. Prokurorluq zəhmət çəksin istintaqın gedişi ilə bağlı mütəmadi olaraq əhalini məlumatlandırsın. “Tərtər qətliamı”nın ictimai müzakirəsi fasiləsiz olaraq 2 ilə yaxındır ölkə gündəmini tutub və bunu görməzdən gəlmək olmaz. “Tərtər qətliamı”nı törədən cinayətkarlar mütləq layiqli cəzalarını almalıdır. Mən inanıram ki, onlar layiqli cəzalarını alacaqlar.

Amma dediyim kimi ilk növbədə həbs olunanların azad etmək lazımdır. Kimlərə qarşı ittihamlar irəli sürülübsə, bu hüquqi şəkildə hansısa qərarlarda öz əksini tapıbsa, bunların hamısı ləğv olunmalıdır. İnsanların təmiz adı bərpa olunmalıdır. Əlbəttə ki, onlara təzminat ödənilməsi məsələsi artıq ciddi şəkildə müzakirə olunmalıdır. Təsəvvürünüzə gətirin Tərtərdə işgəncə almış insanların 90 faizi, ordudan xidmətə uyğunsuzluq maddəsi ilə təxris olunanlar hətta mülki iş tapa bilmirlər. Çünki hamı bilir söhbət nədən gedir. Artıq bu təzada son qoymaq lazımdır. Bu insanların üzərindən bu ləkə götürülməlidir.

Görün nə qədər görülməli işlər var. Əgər bu boyda görülməli işlərin qarşılığında Prokurorluq 9 ay ərzində 17 nəfər həbs olunub, 405 nəfər zərərçəkmiş kimi tanınıb, kimi bur açıqlama verirsə, bu yalnız ictimai rəyə arxanlıq gətirmək məqsədi güdür. Mən bunun qarşılığında deyə bilərəm ki, Tərtərdə iki ay ərzində 2 minə yaxın, bəlkə də daha çox hərbiçi işgəncəyə məruz qalıb, 3 mindən çox hərbiçi ordudan təxris olunub, 3 min ailə çörəksiz, ac, yoxsul vəziyyətə salınıb. Eyni zamanda cinayətkarlar tərəfindən minlərlə insan təhdid olunaraq onlardan on milyonlarla rüşvət alınıb. Bunun qarşılığında Prokurorluğun verdiyi hesabat heç cüzidir.

Ərəstun Oruclu: “Belə görünür ki, bu istintaqla bağlı Prokurorluğa ciddi təzyiqlər var. Əgər varsa, baş prokuror bunu dövlət başçısına məruzə etməlidir”.

Zəhmət çəksinlər Prokurorluq işi təkrar aparsın. İstintaq qrupunu genişləndirsinlər. Bacarmırlarsa işi başqa quruma ötürsünlər. Məsələn bu işi Dövlət Təhlükəsizlik Xidməti apara bilər. Çünki “Tərtər qətliamı” adi bir cinayət deyil. “Tərtər qətliamı” Azərbaycan dövlətinə qəsddir. “Tərtər qətliamı” Azərbaycana qarşı hibrid müharibənin çox mühüm bir elementidir. Bunun istintaqını da Dövlət Təhlükəsizlik Xidməti aparmalıdır.

Düzdür, Dövlət Təhlükəsizlik Xidməti istintaq qrupunda təmsil olunur. Amma orada əsas rol oynayan prokurorluqdur. Prokurorluq isə işi çox zəif aparır. Belə görünür ki, bu istintaqla bağlı Prokurorluğa ciddi təzyiqlər var. Əgər varsa, baş prokuror bunu dövlət başçısına məruzə etməlidir. Dövlət başçısı da prokurorluğa təzyiq edən şəxsləri cəzalandırmalıdır. Qayda budur. Kimin nə haqqı var ölkənin Baş Prokurorluğuna təzyiq etsin, cinayətkarları himayə etsin, cinayətkarları mükafatlandırsın, onları vəzifədə irəli çəksin. Bu şeylərin qarşısı alınmalıdır. Alınmayacaqsa, bu istintaq gözlənilən, istənilən və qanunun tələb etdiyi nəticələri verməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay