Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Din xadimi: “Üzümün mürəbbəsini yeyə, şirəsini içə, necə istəyirsiniz, elə də istifadə edə bilərsiniz...”

Dırnaqarası din xadimlərimiz ortaya çıxıb

““Qurani-Kərim”də üzümlə bağlı heç bir qadağa yoxdur. Üzüm kompotu, mürəbbəsi qadağan olunmayıb. “Qurani-Kərim”də yalnız spirtli içkilərin - çaxırın, arağın içilməsi qadağan olunub. İlk dəfə Peyğəmbər Məkkə əhlinin içdiyini görəndə deyib ki, az, qədərində için. İkinci dəfə onlar çox içəndə Peyğəmbər deyib ki, eybi yoxdur, için, ancaq məscidə gəlməyin. Üçüncü dəfə də Məkkə əhli içib məscidə gələndən sonra spirtli içkilərin içilməsini tamamilə qadağan edən ayə gəldi. Amma bu içkilərin üzümdən, tutdan, yaxud da başqa meyvədən hazırlanması ilə bağlı hər hansı məlumat yazılmır”.

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

“Ərəb ölkələrində Peyğəmbərin vaxtından hamı palma ağacının südünü ayrı-ayrı bankalara yığıb saxlayırdı. O da bir az qıcqırırdı və bundan sonra elə araq vəziyyətinə gəlib çıxırdı. Hazırda da İraqda, Səudiyyə Ərəbistanında bu var və faydalı içki hesab olunur. Yəni heç kim bunu araq, yaxud spirtli içki hesab etmir. Dırnaqarası din xadimlərimiz ortaya çıxıb, “bu, haramdır”, “bu, halaldır”, “bunu etmək olar”, “bunu etmək olmaz” kimi fikirlər səsləndirirlər. “Qurani-Kərim”də deyilənlərin əksəriyyətinə əməl etsələr, kifayətdir. Haramların əksəriyyəti sonradan ayrı-ayrı adamlar, din xadimləri tərəfindən ortaya atılıb. Onların insanla Allah arasında olan yeganə kitab “Qurani-Kərim”ə heç bir aidiyyatı yoxdur. Bir sözlə, üzümün mürəbbəsini yeyə, şirəsini içə və ondan necə istəyirsiniz, elə də istifadə edə bilərsiniz. Ümumiyyətlə, İslamda qadağa deyilən şey yoxdur sadəcə məhdudiyyətlər və icazələr var. Yəni kiməsə nəyisə yüz faizlik qadağan etmək anlayışı “Qurani-Kərim”də yoxdur. İnsanlara şüur verilib ki, ağılla seçim etsinlər. Heç kim heç kəsə nəyisə qadağan etmir. İnsanlar özləri seçim edir və bunun da məsuliyyətini özləri daşıyırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay