Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas səbəblər açıqlandı

“Həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi işi olub”.

“Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “İtkin düşmüş şəxslər haqqında “ante mortem” (həyatda olarkən - red.) məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb:

“Ötən müddət ərzində 3 315 itkinin ailə üzvlərindən 10 309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb”.

O qeyd edib ki, hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır:

“Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən bir milyondan çox mina basdırılıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar