Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfşar Süleymani: "O, layiqli diplomat olsaydı, belə kobudluq etməzdi"

İranlı diplomat iranlı diplomatın ölkəmizə yönəlik iddialarına cavab verdi...

Bu günlərdə İranın Əfqanıstanda və İtaliyada səfiri olmuş Əbəlfəzl Zöhrəvəndin Azərbaycana qarşı irəli sürdüyü iddialara, Azərbaycanın ilhaq olunması barədə dilə gətirdiyi sərsəm fikirlərə onun öz həmvətəni və həmkarı, vaxtilə İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani da cavab verib.

PİA.az Ə.Süleymaninin İnstagram səhifəsinə istinadla bildirir ki, sabiq səfir Zöhrəvəndin sözlərinin beynəlxalq hüquq və siyasi etikaya, İran İslam Respublikası konstitusiyasına,  İranın xarici siyasətinin prinsiplərinə, qonşuluq münasibətlərinə, bir sözlə, İranın milli maraqlarına zidd olduğunu bildirib.

Zöhrəvəndin nə beynəlxalq hüquqa, nə xarici siyasətin prinsiplərinə, nə də beynəlxalq sistemin qaydalarına bələd olmadığını qeyd edən Süleymani yazıb ki, o, layiqli diplomat olsaydı, belə kobudluq etməzdi.

 Sabiq səfir yazıb ki, keçmişin tarixi arxivlərdə qalıb, beynəlxalq sistem artıq dörd imperiyadan iki yüz ölkəyə çevrilib. 

Süleymani İranın indiki həssas vəziyyətində sırf gündəmdə qalmaq istəyən və öz maraqları üçün milli maraqları qurban verən iddialı həmkarının "Azərbaycanı və Naxçıvanı İrana necə qaytarmaq istəyir" sualına cavab verməsini istəyir:

"Onun məlumatlılığının hansı səviyyədə olduğunu öyrənəcəyik. Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir ölkə milli suverenliyə və ərazi bütövlüyünə, öz geosiyasi və geoiqtisadi mövqeyinə malikdir. Hər bir ölkə digər dövlətlərlə yalnız qarşılıqlı etimada əsaslanan, bir-birinin daxili işlərinə qarışmamaqla, xarici siyasətdə başqa dövlətlərə zərər verməməklə qdostluq münasibətləri quraraq, faydalı əməkdaşlıq etməlidir". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay