Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölmüş körpənin doğum evindən qaçırılması cəhdinin anbaan görüntüləri - Yenilənib

26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırılma anının görüntüləri yayılıb.

Bizim.Media-nın yayımladığı videoda “Niva” markalı maşında ikisi tibb işçisi olmaqla 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsi görünür.

Bu zaman körpənin yaxınları ölmüş uşağın meyitinin onlardan icazəsiz xəstəxanadan çıxarılmasının qarşısını alıblar.

Həm sürücü, həm də tibb işçiləri hərəkətlərinə aydınlıq gətirə bilməyiblər.

Sözügedən görüntüləri təqdim edirik:

***

26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırmaqda ittiham olunan pediatr Nigar Şahbazova açıqlama verib.

O, Bizim.Media-ya açıqlamasında ittihamlarla razılaşmadığını qeyd edib:

“O uşaq bizim aparatlarımızın və həkimlərimizin sayəsində 26 gün yaşadı. Başqa xəstəxanada bu uşaq heç 1 saat da yaşamazdı. Əgər körpə və ya başqa bir şəxs dünyasını dəyişirsə, ata-ananın, qohumların razılığı olursa, o uşaq heç yerə getmir. Onlar ərizə yazır, təhlildən imtina edir və aparır. Amma bu ailə təhlilə razılığını bildirdi. Uşağın anası, atası və nənəsi yanımda idilər. Dedim “uşaq ölüb, ekspertizaya razılıq verirsinizmi?” Nənə “bəli” dedi. Ərizə yazmaq isə lazım deyildi. Xəstəxanada kimsə ölürsə, o mütləq yarılmalıdır. Mən uşağı ekspertizaya aparırdım, başqa hara gedə bilərdim ki?”

Nigar Şahbazovanın sözlərinə görə, uşağın doğulandan öz nəfəsi olmayıb:

“Körpə doğulandan sonra qışqırığı olmalıdır. Hava ilə ağciyər dolur və onun nəticəsində uşaq nəfəs almağa başlayır. Bu uşağın nə qışqırığı, nə səsi, nə də öz nəfəsi və tənəffüsü olub. Biz də məcbur olduq, ilk saatdan körpəni süni nəfəs aparatına qoşduq. Yalnız ürəyinin hesabına o, 26 gün yaşaya bilib. Dəfələrlə qan vurmuşuq. Amma beyin tərəfdən olan pozulmalar bərpa olunmadı. İlk gündən olan qan sızma sahələri artdı, mədəcikdə daxili qansızma oldu və sonra da beyin əriməsi getdi.

Baxmayaraq ki, çəkisi yaxşı idi, amma bu vəziyyətdən çıxa bilmədi. İnsan dayanacaqda dayanır, heç bilmir hansı avtobus gəlib-gedəcək. Doğuş da elə bir şeydir. Bu uşaq vaxtında doğulan uşaq idi, ölməməliydi. Amma doğuşda nə fəsad olub, ondan əvvəl hansı problemlər olub, bilmirəm. Bəlkə ana evdə yıxılıb, sonra doğuşa gəlib. Bax onu da deyə bilmirik. Düzdür, doğuş çətin və həddindən artıq uzun keçib. Orada nə baş verib, heç nə deyə bilmərəm. Çünki doğuşda olmamışam”.

***

Bakıda ağır beyin travması ilə doğulan və 26 gün komada qalan körpə dünyasını dəyişib.

Bu barədə Bizim.Media-ya körpənin ailəsi məlumat verib. Dediklərinə görə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) reanimasiya şöbəsində nəzarət altında müaliə olunan körpə böyrək çatışmazlığından ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb. 9 ay müddətində nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb.

Dəfələrlə həkimlə əlaqə saxlasalar da, Nailə Şahbazova ailənin zənglərinə cavab verməyib.

Ötən gün məsələ Bizim.Media-da ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova körpənin öldüyünü təsdiqləyib:

“Mənə uşağın ölümü barədə ötən gün 17:21-də məlumat verilib. Ölüm səbəbi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb

Azərbaycan Premyer Liqası: "Neftçi" – "Turan Tovuz" matçında qalib müəyyənləşməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay