Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 4 ildə Türkiyə kəşfiyyatı PKK qruplaşmasının rəhbərliyinə daxil olan 108 terrorçunu məhv edib

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) son 4 ildə Suriyaİraqda PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 108 terrorçunu məhv edib.

PİA.az xəbər verir ki, bunu Türkiyənin “Sözçü” qəzeti yazıb.

Nəşrin məlumatına görə, MİT Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə görüntüsü altında fəaliyyətini genişləndirib. Amma əsas hədəf PKK terrorçuları olub.

Qəzet yazıb ki, Türkiyə kəşfiyyatı Suriyada və İraqın şimalında PKK-nın rəhbərlərinə qarşı ayrı-ayrılıqda əməliyyat keçirib.

Məlumata görə, 2018-ci il yanvarın 1-dən indiyədək Türkiyə Silahlı Qüvvələri PUA-larla keçirdiyi əməliyyatlar nəticəsində terror qruplaşmasına ağır zərbə vurub. İraqın Mahmur bölgəsində terrorçuların düşərgəsində qırmız xətlə beynəlxlaq axtarışda olan, Mehmet Erdoğan adlı terrorçunun PUA ilə vurularaq zərərsizləşdirilməsi buna örnəkdir. Bundan başqa İraqın Sincar, Mosul, Mahmur bölgələrində keçirilən əməliyyat zamanı sağ ələ keçirilən terrorçular mühakimə olunmaq üçün Türkiyəyə gətirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin barələrində axtarış elan etdiyi terrorçular Filiz Arslan, Engin Karaaslan, Ali Haydar Kaytan, Bayram Namaz və Kasım Güler keçirilən xüsusi əməliyyatla məhv edilib. Türkiyə DİN onların yeri barədə məlumat verən şəxslərlə 10 milyon lirə (1 milyon manata yaxın) pul mükafatı ayırmışdı.

Bundan başqa, yaşıl kateqoriya əsasında axtarışa verilən “Sabri” kod adlı Yahya Duman, terrorçu qruplaşmanın dağdakı “kadrlarından” sayılan və 30 ildir axtarışda olan, əli çoxlu sayda günahsız insan qanın batan Hacı Mirzə Ali və PKK-nın başqa terrorçularından ibarət beyin komandası zərərsizləşdirilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar