Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman BQXK-nın yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Arian Baueri və tanışlıq məqsədilə Nümayəndəliyin yeni təyin olunmuş rəhbəri Draqana Kojiçi qəbul edib.

Bu barədə PİA.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

S.Əliyeva qonaqları salamlayaraq, BQXK-nın ölkəmizdə həyata keçirdiyi işlər, Ombudsman Aparatı ilə qurulmuş əlaqələr barədə danışıb. Ombudsman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3 890 azərbaycanlının taleyi ilə bağlı məsələyə toxunaraq, postmüharibə dövründə bu şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq perspektivlərinə dair müzakirə aparılıb. Əməkdaşlıq çərçivəsində beynəlxalq humanitar hüquq normalarının təbliği və tətbiqi istiqamətində maarifləndirmə tədbirlərinin təşkilinin önəmi qeyd olunub.

Ombudsman A.Bauerə təşəkkürünü bildirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb və yeni nümayəndə D.Kojiçi təyinatı münasibətilə təbrik edib.

Öz növbəsində qonaqlar səmimi qəbula görə ombudsmana təşəkkür ediblər. D.Kojiç Ombudsman Aparatı ilə əməkdaşlığın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar