Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada 16 min sakin içməli su tapmır - Foto

Zaqatalanın ən böyük kəndlərindən ikisi - Yuxarı Tala və Aşağı Talanın sakinləri uzun illərdir ki, içməli suyun olmamasına görə əziyyət çəkirlər.

“Report”un məlumatına görə, kəndlərin istismar müddətini başa vurmuş su xətlərini isə elə sel suları sıradan çıxarıb.

Sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olurlar.

Aşağı Tala kəndi ərazisində qazılan yeddi ədəd subartezian quyuları kəndin sadəcə 15-20 faizinin su tələbatını ödəyə bilir.

Sakinlərin sözlərinə görə, kəndlərə gələn su xətləri ötən əsrin 60-70-ci illərində istifadəyə verildiyindən artıq öz istismar müddətini başa vurub:

“Mövcud su xətləri onsuz da suya olan tələbatımızı ödəmirdi. Ötən ilin sentyabr ayında baş verən sel nəticəsində filtrasiya sistemləri tamamilə sıradan çıxdığından su gəlsə belə bulanıq şəkildə verilir. Problemi həll etmək üçün su sistemlərinin də tamamilə dəyişilməsinə ehtiyac var”.

Aşağı Tala kənd bələdiyyəsinin sədri Vüqar Abdurrəhmanov bildirib ki, Aşağı Tala və Yuxarı Tala kəndlərinin su şəbəkəsi eyni mənbədə və eyni su xəttinin üzərində yerləşir:

“Bu su xətləri 70-ci illərdə çəkilmiş su xətləridir. Su xətləri çəkildikdən sonra hər iki kəndin əhalisi iki dəfədən çox artıb. Aşağı Tala kəndinin əhalisi 7500 nəfərə yaxındır. Kənd əhalisinin əksər hissəsi içməli suyu vəsait xərcləyərək alır və yaxud da uzaq məsafələrdən su maşınları ilə gətirir. Biz son 3-4 ildə həmin su xətlərinin təmirini aparsaq da, həmin işlərin effekti olmayıb. Belə ki, köklü şəkildə həmin su xəttinin və su filtrlərinin yenidən qurulmasına ehtiyac var. Su mənbəyindən Aşağı Tala kəndinə qədər olan məsafə 6-7 km təşkil edir. Həmin məsafədə olan su xətləri də çürüyüb, bəziləri isə tamamilə sıradan çıxıb”.

Bələdiyyə sədri onu da əlavə etdi ki, kəndin içməli su problemi ilə bağlı həm bələdiyyə, həm də rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət olunub.

“Azərsu” ASC-nin Zaqatala sukanal sahəsinin rəisi Samir Hüseynov bildirib ki, Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərində yaşayan 16 min sakinin susuz qalmasına səbəb 2021-ci ilin payız aylarında dağlarda yağan leysan yağışları nəticəsində su xətlərinin sıradan çıxmasıdır:

“Həmin kəndlərin su xətləri bələdiyyə balansında olduğundan adıçəkilən kəndlərə “Azərsu” ASC deyil, bələdiyyələr xidmət göstərir”.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar