Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin ölkəsindən qaçmağa məcbur olsa, hara sığına bilər? - Türkiyə əsas ölkə kimi görünür?..

Qələbə çalsa da, çalmasa da, Ukraynaya hücum etməsi Putinin sonunu gətirəcək...

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə

Görünür, Ukraynaya etdiyi hücum Putini məhv edəcək. Onun rəqibləri hazırda istər-istəməz susurlar. Müharibə uzandıqca ictimai narazılıqlar da artacaq. Rəqiblər həvəslənəcək. Elə bir vaxt gələ bilər ki, Putin müxalifləri öldürsə belə, xalqın müqavimətini qıra bilməyəcək. Bu yaxınlarda bizə qarşı da dövlət çevrilişinə cəhd etdilər. Lakin xalqı hesaba almadıqları üçün məğlub oldular.

Putin Çeçenistana, Gürcüstana hücum etdi, Suriyada Bəşər Əsədin yolunu açmaq üçün xalqı qırdı, tarixi Hələbi yerlə-yeksan etdi. Ruslar bu qətlləri və dağıntıları öz liderlərinin gücü kimi görürdülər. Qərb də səsini çıxarmadı. Ancaq Ukraynanın vəziyyəti fərqlidir.

Qələbə çalsa da, çalmasa da, Ukraynaya hücum etməsi Putinin sonunu gətirəcək.

Bəs Putin ölkəsindən qaçmalı olsa, hara gedə bilər? İndi onun ən yaxın adamı Əsəddir. Ona sığınarmı? Mən belə düşünmürəm. Putinin məğlubiyyəti, Bəşərin də məğlubiyyəti deməkdir. Bəs Çin onu qəbul edəcəkmi? Çin Putini dəstəkləməklə yanaşı, balansları da hesablayır. Həmçinin, Hindistan da...

Geriyə Türkiyə qalır. Türkiyə Putini qəbul edəcəkmi?

Diqqətimi Ömər Sami Coşarın “Trotski İstanbuldadır” kitabına vermişdim. Stalin Trotskini tutub Almatıya aparır. Tərəfdarları çox olduğu üçün üsyan qorxusundan ən asan gördüyü işi görə bilmir, yəni öldürə bilmir. Qərb ölkələri də Trotskini qəddarlığına görə qəbul etmirlər. Ukraynada bolşeviklərə qarşı qiyam qaldıran, özü ukraynalı yəhudi olan Vrangelin ordusu ilə döyüşərkən Trotski çoxlu insanı öldürür. Daha əvvəl də qeyd etdiyimiz kimi, Trotskinin qarşısından qaçan “ağ ruslar” İstanbula axışırlar. Hətta Vrangel də toplaya bildiyi əsgərləri və silahları götürüb İstanbula gedir. Təbii ki, o zaman İstanbul Antanta dövlətlərinin işğalı altında idi, boğazlada İngiltərə və Fransa hökmranlığı var idi. Sultan Vahidəddin isə onların oyuncağı olmuşdu.

Bəs Qərbin qəbul etmədiyi Trotskini Mustafa Kamal necə qəbul etdi?

Qurtuluş savaşında bolşeviklər bizə silah verdilər. Qırmızı Ordunun başında Trotski dayanırdı. O. S. Coşar kitabında yazır:

“Mosulu Türkiyədən qoparmaq üçün üzərimizə Mussolinini salan İngiltərəyə və Cənubi Anadoludan torpaq tələb etməyə başlayan faşist İtaliyaya qarşı Türkiyə 1925-ci ildə Sovet Rusiyası ilə ittifaq müqaviləsi imzalamışdı. Müqavilədə yardım sözü verilmişdi. Bundan əlavə, Trotski Qurtuluş Müharibəsi zamanı Türkiyəyə kömək etmiş və Sovet Hərbi komissarı kimi silahların daşınmasında rol oynamışdı.

Bu şəraitdə Stalinin xahişi qəbul ediləcəkdi. Məsələ böyük əhəmiyyət kəsb etdiyi üçün baş nazir İsmət Paşaya, daha sonra isə prezident Mustafa Kamal Paşaya vəziyyət barədə məlumat verildi.

Mustafa Kamal xarici işlər naziri Tevfik Rüştü Arasa Trotskinin siyasi mühacir kimi qəbul edilə biləcəyini deyir, amma şərt də qoyur:

“Sovet səfiri Suriçə demək lazımdır ki, Türkiyə Respublikasının torpaqları Sovet Rusiyasının həbsxanası deyil. Trotski bizim torpaqlarımızda ancaq türk qanunları çərçivəsində azad yaşaya bilər. Bunu bilsinlər”.

Son illər ABŞ və Aİ ölkələri bizə çox əziyyət verdilər. PKK-ya qarşı istifadə edəcəyimiz üçün bizə silah vermək istəmədilər. Biz Rusiyadan alış-veriş edərkən qaşlarını çatdılar. ABŞ F-16-ları tədarük etməkdə tərəddüd edir, baxmayaraq ki, biz bunun üçün pul ödəmişik.

Biz əvvəldən Ukraynanın yanındayıq. Ona görə biz həm də Krımın yanındayıq. Digər tərəfdən isə Putini idarə etməyə çalışırıq.

Əgər Putin ölkəsini tərk etməli olsa, Türkiyə ən yaxın ölkə kimi görünür. Onun getməyə başqa yeri yoxdur. Əgər o, bizə sığınarsa, Qərb üçün böyük bir kozırımız olacaq. Görək zaman nə göstərəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay