Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Osetin əsgərləri döyüşməkdən imtina etdi, Ukraynadan qaçdı

Rusiyaya birləşmək üçün referendum keçirməyə hazırlaşan separatçı Cənubi Osetiya bölgəsindəki 4-cü Rusiya hərbi bazasından Ukraynaya aparılmış yüzlərlə osetin əsgəri döyüşməkdən imtina edib və geri qaçıblar.

virtualaz.org xəbər verir ki, bu haqda osetin bloqer Alik Puxayev özünün Twitter hesabında yazıb. Onun bildirdiyinə görə, 4-cü Rusiya hərbi bazasının əsasən etnik osetinlərdən ibarət olmaqla 300-ə yaxın hərbi qulluqçusu Ukrayna ilə müharibədə iştirak etməkdən “öz istəkləri ilə” imtina edərək evə qayıdıblar.

“Çünki hesab ediblər ki, ruslar onları Ukraynada ölümə atırlar”, - bloqer bildirib.

Cənubi Osetiyadan olan əsgərlərin döyüşdən qaçması sosial şəbəkələrdə geniş rezonans doğurub, çoxları onları qorxaqlıqda, fərarilikdə ittiham edib. Separatçı regionun keçmiş “prezidenti” Eduard Kokoyta isə onların müdafiəsinə qalxıb.

“Biz hamımız döyüş əməliyyatları zonasından Osetiyaya evə geri qayıtmış döyüşçülərimiz ətrafındakı situasiyaya görə narahatıq. Heç kimin bu uşaqları qınamaq və ya onları qorxaqlıqda ittiham etmək haqqı yoxdur. Səbəbləri araşdırmaq lazımdır ki, nə baş verib, onların döyüşdə iştirakı hansı formada təşkil edilib. Biz bununla ciddi məşğul olacağıq”,-Kokoyta sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, yüzlərlə osetiyalı hazırda döyüş əməliyyatları zonasındadır və “öz borclarını qəhrəmancasına yerinə yetirir”.

Osetin jurnalist Ruslan Totrov isə bildirir ki, həmin hərbçilər rusların əmrinə tabe olmaqdan imtina edərək dərhal geri qayıdıblar. Xəbərdarlıq ediblər ki, onların yolunu kəsməyə cəhd edən istənilən şəxsə atəş açacaqlar. Qrup maneəsiz olaraq milis konvoynun müşaiyəti altında Cənubi Osetiyaya qayıdıb.

Totrov hərbçilərin döyüşdən imtina etməsinin səbəbini də göstərib. Onun bildirdiyinə görə, “prezident” Anatoli Bibilov osetin əsgərlərinin Rusiya ordusuna qarışmasını tapşırıb, bunun üçün rusiyalı siyasətçi Vladislav Surkovun təsirindən istifadə edib. Nəticədə Ukraynada Cənubi Osetiyadan olan əsgərlər Rusiya ordusunun “ayrılmaz hissəsinə” çevriliblər.

“Sonra isə insident baş verib, az qala komandirlərə atəş açılacaqmış. Komandirlərdən biri osetin əsgərlərinə həlak olan yoldaşlarının meyitlərini döyüş meydanından götürməyi qadağan edib. Bu da əsl üsyana səbəb olub. Yüzlərlə osetinin Ukraynaya göndərilməsi faktının özü narazılıq alovu yaradıb, çünki respublika hazırda öz əsgərlərinin böyük hissəsini itirib və Gürcüstan üçün çox əlçatan olub...Gözlənilirdi ki, osetinlər Ukrayna ordusunun yaxşı qorunan mövqelərinə cəsarətlə hücum edəcəklər, kamikadze stilində, heç bir düşünülmüş strategiya olmadan. Bu isə böyük itkilərə gətirib çıxarardı. Hansısa məqamda osetin əsgərləri sadəcə olaraq əmrləri yerinə yetirməkdən imtina ediblər və özləri üçün döyüşməyə başlayıblar...Belə qiyamçı və müstəqil davranışın nəticəsi isə iri insident olub: ruslar osetinləri döyüş sursatları və xəritələrlə təchiz etməkdən imtina ediblər”,-Totrov bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Cənubi Osetiyadakı 4-cü Rusiya bazasından formalaşdırılmış batalyon-taktiki qruplaşmalardan birinin döyüşdən imtina etdiyini açıqlamışdı. Rusiyanın Cənubi Osetiyadan 2 minə qədər hərbçini Ukraynaya apardığı məlumdur. Onların bir qismi artıq məhv edilib.

Son məlumata görə isə ötən gün Ukrayna ordusu şərq cəbhəsində gedən döyüşlər zamanı Rusiyanın digər separatçı regionda-Abxaziyada dislokasiya olunmuş 7-ci hərbi bazasının hərbi qulluqçularından ibarət bölmələri məhv edib. Bu barədə “Şərq” operativ-taktiki qruplaşması məlumat yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar