Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirib

Baharın gəlişi ta qədimdən insanlar üçün bayram olub. Qışın çətinliklərindən, soyuğundan, şaxtasından çıxan qədim insanlar tonqal ətrafına yığışaraq baharı salamlayar, öz sevinclərini ifadə edərmişlər.

Azərbaycanda və bir sıra ölkələrdə hətta, demək olar ki, tarixi məlum olmayan vaxtdan Novruz bayram kimi qeyd edilir. Baharın gəlişinə sevinən insanlar bir ay əvvəldən çərşənbələrlə biri-birini müjdələyir. Suyu, odu, küləyi, torpağı salamlayırlar. Hər birini öz çərşənbəsində qarşılayır, bayram edirlər. Hazırladıqları şirniyyatları günəşə, aya bənzədirlər.

Uzun müddət bu bahar bayramına dini bayram adı qoyaraq Novruz bayramını bizə   qeyd etmək yasaq edilmişdir. Lakin bildiyimiz kimi bu bayramın heç vaxt dinlə heç bir əlaqəsi olmamışdır. Lakin bütün bu yasaqlara baxmayaraq Azərbaycan xalqı Novruz bayramını həmişə qeyd etmiş və əsrlərdən bəri bütün adət-ənənələri ilə sevə-sevə yaşatmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESKO tərəfindən Qeyri-Maddi Mədəni irs üzrə Reprentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESKO-nun Qeyri-Maddi Mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli  (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan,Türkiyə, Özbəkistan) nominasiya kimi UNESKO-nun Qeyri-Maddi Mədəni irsin Reprezentativ siyahısına salınıb.

2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Mart ayının 21-də gecə ilə gündüz bərabərləşir və həmin gündən günlər uzanmağa başlayır. Günəş ilıq nəfəsiylə qarı, buzu əridir. Novruzgülü qar altından boylanır. Yurdumuza zəfər ətirli, igid soraqlı, qəhrəmanlıq dastanlı bahar gəlir.

Bahar bayramı Azərbaycanda coşğu ilə həm paytaxtımızda, həm də Azərbaycanın bütün şəhər və kəndlərində qeyd olunur. Bu bayram həm böyüklərin həm də uşaqların sevimli bayramıdır. Novruzda çaylar kimi şairlərin, aşıqların, xanəndələrin ilhamı da coşub daşır. Səmənilər cücərdilir, xonçalar bəzənir, milli adət-ənənələrimiz nümayiş etdirilir, kəndirbazlar, pəhləvanlar öz bacarıqlarını nümayiş etdirirlər. Keçəl, Kosa xalqı əyləndirir. Baharın rəmzi olan, al-əlvan bəzəkli Bahar qızı gəlişi ilə od nəfəsli, çiçək ətirli Novruzun gəlişini müjdə verir. Bütün bayramların ən gözəli olan Novruz bayramı – Bahar bayramı xoş müjdələri ilə qədəm basır Azərbaycana.

Ümummilli Liderimiz Heydər Əliyev: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda  keçirəcəyik. Əminəm ki, belə olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ümummilli Liderimizin və bu müqəddəs arzu ilə yaşayan bütün Azərbaycan xalqının arzusu reallaşdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baş Komandanlığı ilə Azərbaycanın yenilməz Ordusu, Azərbaycan xalqının qəhrəman, vətənpərvər övladları Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağ torpağını işğalçılardan azad etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxdışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda bəşər mədəniyyətinə töhfəsidir.

Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.

Bəli artıq ikinci ildir ki, 30 il arzu etdiyimiz Novruz tonqalları doğma Qarabağda alovlanır. Şuşa Qalası tonqalın işığıyla şölələnir. Novruz tonqalının “alov əlləri” göylərə yüksələrək şəhidlərimizi salamlayır.

Nəğmə olur dalğalar,

Qış dönüb olar bahar,

Göydən məhəbbət yağar,

Bayram axşamlarında.

Əbədi bahar bayramımız mübarək olsun.

Şəhla Ağbulud, "Abşeron" qəzetinin baş redaktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır

Ən çox oxunanalar