Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Putinə Leninqradda acından ölən qardaşını xatırlatdı: “Mariupolda yüz minlərlə insan ac və susuz qalıb”

Rusiya Ukraynada nasistlərin hərəkətlərini təkrarlayaraq, insanları ac saxlamağa çalışır”.

Rusiyanın Ukraynanı işğalının 13-cü günündə ABŞ dövlət katibi Antoni Blinken Latviyaya səfəri zamanı Vladimir Putinin İkinci Dünya Müharibəsində nasist qüvvələri tərəfindən öldürülən qardaşından bəhs edib.

PİA.az xəbər verir ki, Blinken Putinin bir yaşlı qardaşının İkinci Dünya Müharibəsində öldüyünü xatırladaraq, “Putin müharibəni dayandır” çağırışı edib.

Blinken qeyd edib ki, Putinin 1 yaşlı qardaşı Viktor Leninqrad mühasirəsi zamanı aclıqdan dünyasını dəyişib: 

“Rus xalqı yaxşı bilir ki, İkinci Dünya Müharibəsi zamanı Leninqrad əhalisi nasistlər tərəfindən sistematik olaraq aclıq və təqiblərə məruz qalıb. Putinin 1 yaşlı qardaşı da daxil olmaqla, minlərlə azyaşlı, qoca, günahsız insan bu cinayətin qurbanı olub. İndi Rusiya Ukraynada nasistlərin hərəkətlərini təkrarlayaraq, insanları ac saxlamağa çalışır. Bu utancvericidir. Rusiya qüvvələrinin fasiləsiz olaraq bombaladığı Mariupol şəhərində yüz minlərlə insan ac və susuz qalıb”.

Qeyd edək ki, mediada Putinin şəxsi həyatı haqqında zaman-zaman müxtəlif xəbərlər yayılsa da, o, şəxsi həyatını gizli saxlamağa çalışır. Ailəsini hər zaman kameralardan gizlətməyə çalışan Putin indiyə qədər səsləndirilən iddialara münasibət bildirməkdən də çəkinib. ABŞ rəsmisinin son açıqlamalarıyla birlikdə bütün dünyanın diqqəti yenidən bu ailənin üzərinə yönəlib. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Ən çox oxunanalar