Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran XİN: Rusiya ölkəmizə qarşı sanksiyaların ləğvində müsbət rol oynayır

Vyana müzakirələrində ixtilaflı məsələlərin sayı bir əlin barmaqlarından da azdır.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planına geri qayıtması bir anda baş verməyəcək: “Amerikanın bu plana qayıtması onun öhdəliklərinə tam əməl etməsindən asılıdır”.

Xətibzadə Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) və İran arasında əldə olunan bəyanata da münasibət bildirib.

“Tərəflər razılaşıb ki, İran yaxın aylarda BAEA-nın suallarını cavablandırsın. Bu suallar və Vyanadakı saziş arasında birbaşa əlaqə mövcuddur”, - XİN rəsmisi vurğulayıb.

Xətibzadə Rusiyanın Vyana danışıqlarında tutduğu mövqeyə də toxunub. O qeyd edib ki, Rusiyanın mövqeyi indiyədək konstruktiv olub və əlavə edib ki, Rusiya İrana qarşı sanksiyaların ləğvi prosesində müsbət rol oynayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bərdədə iki gün əvvəl itkin düşən 15 yazlı qızın meyiti tapılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay