Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılovun qardaşı: "Evimi və maşınımı satıb ona verdim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasında şahid və zərərçəkmiş ifadələri dinlənilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Fikrət Məlikov bildirib ki, kiçik bizneslə məşğul olub.

O deyib ki, R.Cəbrayılov ona müraciət edərək sotu 1200 manatdan 2 hektar torpaq satmaq istədiyini söyləyib: "Müştəri tapmağımı xahiş etdi. Mən də Anar adlı şəxsi ona yönəltdim".

Zərərçəkmiş Anar Şıxəliyev qeyd edib ki, aldığı torpağa görə 240 min manat R.Cəbrayılova, 340 min manat isə qardaşı Rauf Cəbrayılova verib. Onun sözlərinə görə, bağlanan müqavilə hələ də yarımçıq qalmış sayılır.

Daha sonra şahid qismində mərhumun qardaşı Elşən Cəbrayılov ifadə verib. O deyib ki, 2002-2017-ci illərdə qardaşı R.Cəbrayılovla tikinti işləri ilə məşğul olub: "2017-ci illərdə Rafaellə münasibətlərimiz pisləşdi. Evlərin kimə verilməsi, borc pulların alınması münasibətlərimizi pozdu. Sonda vəziyyət o həddə çatdı ki, bizim tək bir obyektimiz qalmışdı. O, məndən gecə ilə pul istədi. Mən də 65 min manatlıq maşınımı 51 min manata satıb ona verdim. Hətta evimi də satıb, pulunu qardaşıma verdim. Təkcə bir bağ evim var, o da bankda girovdadı.

Binanın tikintisinə və bütün sənədləşmə işlərinə mən nəzarət edirdim. Pay bölgüsü etməmişəm. Çünki Rafael nəzarət edirdi. Satılan mənzillərin pullarını Rafael götürüb aparırdı".

Zərərçəkmiş Bəşir Məmmədov isə E.Cəbrayılova 115 min manat pul verdiyini bildirib.

E.Cəbrayılov isə onu tanımadığını deyib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Ən çox oxunanalar