Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva bəyanatı separatçıların sonunu gətirəcək: Bakı istədiyi an antiterror əməliyyatına başlaya bilər!

Gözlənildiyi kimi fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevRusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. 43 maddəlik bəyannaməni ümumilikdə Azərbaycan üçün məqbul saymaq olar.

Hesab edirəm bəyanatda Qarabağ məsələsində yekun həllə nail olmaq, eyni zamanda Ermənistanın destruktiv siyasətini zəiflətmək üçün konkret bəndlər var:

Birincisi, bəyannamənin ilk bəndi rəsmi Bakının əlini qüvvətləndirə bilər. Belə ki, birinci bənddə qeyd edilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığın a qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Rusiya faktiki olaraq bu bənd ilə bir daha Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün toxunulmazlığın ı təsdiq etmiş oldu. Prinsip etibarilə rəsmi Moskva da digər ölkələr kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, lakin bu bəyanat ilə 44 günlük müharibə sonrası dəyişən siyasi reallıqlar fonunda bunu bir daha təsdiqləmiş oldu. Digər tərəfdən bu bənd həm də gələcəkdə rəsmi Bakıya Xankəndidəki separatçı-terro rçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktını Rusiyaya qəbul etdirməsinə kömək edə bilər. Çünki bənddə qeyd olunur ki, tərəflər birinin daxili işlərinə qarışmayacaq. Qarabağ Azərbaycanın daxili işidir. Məntiqlə Rusiya rəsmi Bakının Xankəndidə antiteror əməliyyatı keçirməsi və ya separatçıların “lider” Araik Arutunyanın həbs edilməsi qərarına etiraz etməməlidir.

İkincisi, bəyanatın 9-cu bəndini də rəsmi Bakı üçün müsbət hesab etmək olar. 9-cu bənddə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyin in möhkəmləndirilm əsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılm ası üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”

Azərbaycan tərəfi onsuz da 10 noyabr bəyanatına sadiqdir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. 10 noyabr bəyanatının icra edilməyən bəndlərin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Prezident İlham Əliyev Vladimir Putinlə mətbuat konfransında da açıqca bildirdi ki, “Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”.

Azərbaycan tərəfi bu bəndi əsas gətirərək regionda kommunikasiyanı n açılmasını və sərhədin delimitasiya, demarkasiya prosesinin həllinin sürətlənməsinə nail ola bilər.

Üçüncüsü, bəyanatın mənə görə ən diqqətçəkən məqamı məhz 18-ci bənddir. 18-ci bənddə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarını n qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kom munikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırıl masında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdiril məsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Rusiya tərəfi bəyanatın 18-ci bəndinin məntiqinə görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir. Bakı bu razılaşmadan separatçı-terro rçu rejimin ləğvi üçün istifadə edə bilər. Bənddə separatçılıq təhdidlərinə qarşı səylərin birləşdirilməsi öz əksini tapıb. Xankəndidə separatçı rejim və onun qondarma lideri hələ də fəaliyyət göstərir. Rəsmi Bakı bu bəndi əsas gətirərək antiterror əməliyyatlarına başlaya və Xankəndidəki rejimi büsbütün sıradan çıxara bilər.

Nəticə etibarilə bu bəyanatı həm də Rusiyanın Azərbaycan-Ermə nistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi kimi hesab etmək olar.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ən çox oxunanalar