Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Qərb arasında diplomatik həll yolları arxada qalır?.. - Proseslər hara gedir?

Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra ABŞ və Almaniya xarici işlər nazirləri Lavrovla nəzərdə tutulan görüşdən imtina ediblər...

Turan Rzayev: “Sanksiyalar paketi artırıla bilər, siyasi təmaslar kəsilə bilər, diölomatik təzyiqlər edilə bilər. Amma bütün hallarda bu Kremlin atdığı addımlar qədər adekvat və sərt olmayacaq”.

Tofiq Abbasov: “İndi böyük dövlətlər kiçik dövlətlərin çəkdikləri əziyyətlərə məhəl qoymurlar. Onlar ancaq öz maraqları uğrunda münarizə aparırlar. Bu da çox ədalətsiz bir yanaşmadır”.

Xəbər verdiyimiz kimi ABŞ, Avropa Birliyi və Britaniya dünən axşam saatlarında Rusiyaya qarşı sanksiyaların birinci mərhələsini elan ediblər. ABŞ prezidenti Co Bayden Rusiyanın Donbassdakı “xalq respublikalarını” tanımasını Ukraynaya qarşı müharibənin başlanğıc mərhələsi kimi dəyərləndirib. ABŞ Rusiyanın xarici borclarına, bir sıra banklara və fiziki şəxslərə sanksiya tətbiq edib.

Dünən həmçinin Avropa İttifaqı “Luqansk və Donetsk xalq respublikalarını” tanımasına səs verən Dövlət Dumasının 351 deputatına qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Bundan başqa Aİ Rusiyanın bir sıra maliyyə dairələrinə və fiziki şəxslərə də sanksiyalar tətbiq edəcək. Aİ-nin sanksiya siyahısı bu gün tam dəqiqləşdirildikdən sonra elan ediləcək. Eyni zaman da Almaniya da “Şimal axını 2” qaz kəmərinin işə salınmaslnl dayandırdığını elan edib.

Çərşənbə axşamı isə Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, Britaniya beş Rusiya bankına, o cümlədən “Rossiya”, “Genbank”, “Promsvyazbank”, “Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı” və “Sənaye Əmanət Bankı”na, həmçinin iş adamları Gennadi Timçenko, Boris Rotenberq, İqor Rotenberqə qarşı sanksiyalar tətbiq edir. Sanksiyalara aktivlərin dondurulması və ölkəyə giriş qadağaları daxildir.

Vəziyyətin bu cür gərginləşdiyi bir vaxtda ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxın günlərdə Cenevrədə keçirilməsi planlaşdırılan görüşdən imtina edib. Həmin görüşdə Rusiyanın ABŞNATO-ya təqdim etdiyi təhlükəsizlik təminatı sənədi ətrafında müzakirələr aparılmalıydı. Həmin tələblərdə Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi də yer alırdı. Bundan əvvəl isə Almaniya xarici işlər naziri də Lavrovla nəzərdə tutulan görüşdən imtina etdiyini açqılamışdı. Buna baxmayaraq dünənki çıxışında Bayden hələ də diplomatik qapıların açıq olduğunu qeyd edib.

Demək olarmı ki, artıq Rusiya ilə Qərb arasında diplomatik həll yolları arxada qalır və bu Avropa məkanında hansı nəticələr doğura bilər?

Rusiya və Qərb diplomatiyasının son gedişlərini PİA.az-ın əməkdaşı politoloqlar Turan RzayevTofiq Abbasovla müzakirə edib.

Tural Rzayev: “Rusiya ilə Qərb arasında dipolmatik kanallar çalışmaqda davam edəcək. Biz onlardan xəbərdar olmaya bilərik, amma təmaslar davam edəcək. Mən hətta hesab edirəm ki, bu günlərdə bu təmaslar daha da artacaq”.

Kreml indiki halda Donetsk və Luqansk üzərindən Kiyevə və Avropaya təzyiq etmək istədiyini vurğulayan politoloq Turan Rzayev hesab edir ki, Qərb də öz növbəsində Rusiyaya adekvat cavab verməyə şalışsa da, kollektiv Qərbun atdığı addımlar Kremli çəkindirəcək addımlar deyil:

Rusiyanın Ukraynaya qarşı son atdığı addım birinci növbədə beynəlxalq hüquqa ziddir. Digər tərəfdən Kreml bu addımı ataraq faktiki olaraq Ukrayna və Qərbə qarşı təzyiqlərini artıracağını göstərmiş oldu. Bir çox hallarda bunu müharibə olaraq qeyd edirlər. Amma mən bunu lokal müharibədən daha çox hibrit müharibə adlandırardım.

Kreml indiki halda Donetsk və Luqansk üzərindən Kiyevə və Avropaya təzyiq etmək istəyir. Bu həm də Ukraynanın Avropa hədəfini sarsıtmaq güdən bir addımdır. Faktiki olaraq Rusiya Donetsk və Luqanska qoşunlarını yeridərək həm oranın təhlükəsizliyini qorumağa çalışır, həm də Rusiya Donetsk və Luqanskın ərazilərini yaxın vaxtlarda vilayət sərhədləri çərçivəsində bərpa etmək istəyir.

ABŞ və Almaniya xarici işlər nazirlərinin Lavrovla görüşdən imtina etməsi Qərbin atdığı növbəti addımdır. Böyük Britaniya da sərt sanksiyalar paketini gündəmə gətirdi. Amma real yanaşmaq lazımdır ki, gözlənilən oldu. ABŞAvropa Ukraynanı dəstəkləmədi. Vaxtı ilə Krımda olduğu kimi bu dəfə də Donetsk və Luqanska biganə yanaşırlar. Silah, iqtisadi yardım hələ problemi həlli üçün, yaxud da Kremli çəkindirəcək addımlar deyil. Hələ ki, biz real dəstəkdən bəhs etmirik. Bu da onu göstərir ki, ABŞAvropa bundan sonra da proseslərə birbaşa müdaxilə etməyəcək.

Tural Rzayev: “Proseslər indiki halda nə qədər gərgin görünsə də, Avropa Birliyi Rusiyadan qaz asılığına malikdir. Bu asılılıq da Qərbin adekvat cavab addımı atmasının qarşısınl alan əsas məqamlardandır”.

Sanksiyalar paketi artırıla bilər, siyasi təmaslar kəsilə bilər, diölomatik təzyiqlər edilə bilər. Amma bütün hallarda bu Kremlin atdığı addımlar qədər adekvat və sərt olmayacaq. Putin də dedi ki, onlar sanksiyalardan qorxmurlar və sanksiyalarla onları geri addım atdıra bilməzlər.

Avropa məkanında real təhlükənin olması üçün tərəflər arasında lokal müharibə olmalıdır. Bu zaman Rusiya Qərbə satdığı qazı dayandıra bilər. Amma hazırda belə bir durum yoxdur. Proseslər indiki halda nə qədər gərgin görünsə də, Avropa Birliyi Rusiyadan qaz asılığına malikdir. Bu asılılıq da Qərbin adekvat cavab addımı atmasının qarşısınl alan əsas məqamlardandır.

“Şimal axını 2” lahihəsinin dayandırılması məsələsi də gündəmdədir. Əgər bu baş verəsə, Kreml qədər Avropaya da ziyan olacaq. Çünki Avropa üçün bu qazın nəqlini sürətləndirəcək bir amil idi. Amma indi qazın nəqlinin tempi aşağı düşə bilər.

Alternativ ölkələrə gəkdikdə isə real yanaşmaq laızmdır ki, Azərbaycan və digər ölkələrdən Avropaya satılan qazın həcmi Rusiyaya nisbətən çox azdır. Yəni biz hələ ki, Avropanın qazla təminatında alternativ ölkə deyilik.

Bu baxımdan Avropa ilə Rusiya arasında əlaqələr davam etməlidir. Qərb də, Rusiya da buna məcburdur. Çünki birinin qaza, birinin də pula ehtiyacı var. Buna görə də hesab edirəm ki, mövcud əlaqələrin büsbütün ləğvi mümkün deyil. Ola bilsin bir müddət diplomatik münasibətlərdə durğunluq olsun. Amma müharibəni önləmək üçün diplomatlar mütləq araya girməlidir. Hətta müharibə edən ölkələr belə diplomatik təmaslarını müxtəlif kanallarla həyata keçirirlər. Ona görə də Rusiya ilə Qərb arasında dipolmatik kanallar çalışmaqda davam edəcək. Biz onlardan xəbərdar olmaya bilərik, amma təmaslar davam edəcək. Mən hətta hesab edirəm ki, bu günlərdə bu təmaslar daha da artacaq”.

Tofiq Abbasov: “Səlis diplomatiya deyilən bir anlayış var. Səlis diplomatiyada ağıllı güc sərf edilə bilirsə, ən təhlükəli ssenarilərin qarşısını almış olur”.

Rusiya ilə Qərb arasında yaranmış mövcud vəziyyəti PİA.az-a şərh edən politoloq Tofiq Abbasov isə hər iki tərəfin şantajla məşğul olduğunu vurğulayaraq qeyd edib ki, tərəflərin yaratdıqları qarşıdurmadan əziyyət çəkən isə ancaq sadə insanlardır. Ukraynaya görə Rusiya və Qərbin birbaşa toqquşmasına gəlincə isə, politoloq buna inanmadığını bildirib:

“Həm Qərb, həm də Rusiya şantajla məşğuldur. Əslində indi böyük müharibənin ən mini variantının işləndiyinin şahidiyik. Çünki demək olar ki, Qərb dünyası bütövlüklə Rusiyaya qarşı bir yürüşə başlayıb. Məqsəd ondan ibarətdir ki, Rusiyanın beynəlxalq imkanlarını zəiflətsinlər, onun sərhədlırinə yaxınlaşsınlar.

Bu proseslərdə bir çox adamlar nəzərə almırlar ki, Qərb, xüsusilə ABŞ Ukraynanın milli maraqlarının hesabına Rusiya ilə haqq-hesabını çürütmək istəyir. Biz 2008-ci ilin avqustunda Gürcüstanda işlənmiş ssenarini xatırlamalıyıq. O vaxt Gürcüstana verilən vədlər indi Ukraynaya verilir ki, onlar irəli çıxsın onlara 1 milyardlıq silah-sursat veriləcək.

İndi Ukrayna və Rusiya arasında olan ən böyük bəla ondan ibarətdir ki, iki qardaş xalqın arasına nifaq salınır. Artıq dövlətlərin bu nifaqına hər iki ölkənin vətəndaşları da daxil olub. Onlar bir-birlərinin adlarını ümumiyyətlə eşitmək istəmirlər. Təbii ki, Qərb anti-Rusiya kampaniyasını aparmaqda israrlıdır. Müəyyən mənada buna nail də olub. Rusiyanın da şantajı var, Qərbin də şantajı var. Çünki faktiki olaraq NATO-nun Şərqə doğru yürüşünün şahidi oluruq.

Xatırladım ki, Qorbaçovun dövründə razılıq ondan ibarət idi ki, Rusiya Şərqi Avropdan qoşunlarını çıxarır. Amma bunun da müqavilində NATO Şərqə doğru irəliləmir. Bu razılıq əldə olundu. Lakin sonra nəyinki Şərqi Avropa ölkələri, Polşa, Bolqarıstan, Ruminiya və s. hətta üç baltikyanı respublikaların, keçmiş Sovet İttifaqının tərkibində olan məmləkətlərin də NATO-nun tərkibində olduğunun şahidi olduq. İndi də NATO rəhbərliyi bildirir ki, NATO-ya Ukraynanın girib-girməməsi rəsmi Kiyevin qərarından asılıdır.

Tofiq Abbasov: “Nəhəng qüvvələr çalışırlar ki, kiçik dövlətlərin hesabına öz mövqelərini bərkitsinlər”.

İndi hamı deyir ki, Rusiya Ukraynanın Qərbə inteqrasiyasının qarşısını alır və bu qarşıdurmanın səbəbi də budur. Bu belə görünə bilər, amma Rusiyada açqı şəkildə bildirir ki, burada əsas məsələ onun təhlükəsizlik məsələsidir və Rusiya özünü müdafiə etmək niyyətindədir. Elə anlaşılmasın ki, mən Rusiyanın tərəfini saxlayıram. Burada nəhəng qüvvələrin mübarizəsi gedir. Bu nəhəng qüvvələr kiçik dövlətlərin hesabına çalışırlar ki, öz mövqelərini bərkitsinlər.

Azərbaycan milli maraqlarını qoruyur, saxlayır və onların həyata keçməsinə nail olur. Xatırladım ki, bu yaxınlarda prezident İlham Əliyev işgüzar səfər olaraq Kiyevə getmişdi. İlham Əliyev Zelinski ilə görüşdü və orada 6 mühum sənəd imzalandı. Azərbaycan həm Ukrayna ilə, həm də Rusiya ilə münasibətlərini saxlaya bilir. Bu da çevik diplomatiyanın verdiyi nəticəsinin bariz nümunəsidir.

İndi böyük dövlətlər kiçik dövlətlərin çəkdikləri əziyyətlərə məhəl qoymurlar. Onlar ancaq öz maraqları uğrunda münarizə aparırlar. Bu da çox ədalətsiz bir yanaşmadır. Amma bu da geosiyasətin qaydasıdır. İnanmıram ki, Ukraynaya görə Rusiya və Qərbin birbaşa toqquşması olsun. Ancaq Qərbin çalışdığı oldur ki, Ukrayna və Rusiya toqquşsun və onlar arasında müharibə başlasın.

Əlbəttə ki, bu ən arzuolunmaz variantdır. Həmçinin Rusiya ilə Qərbin toqquşması da arzuolunmaz variantdır. Buna görə səlis diplomatiya deyilən bir anlayış var. Səlis diplomatiyada ağıllı güc sərf edilə bilirsə, ən təhlükəli ssenarilərin qarşısını almış olur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məşhur meyxanaçının evinə basqın edildi    

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

“Mazol”lardan necə qurtulmaq olar? - Evdə asan üsul

Ən çox oxunanalar