Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağır Atletika Federasiyasında gözlənilən dönüş - İnam Kərimov bu dəfə də etimadı doğruldacaqmı?

Son illər böhrandan çıxa bilməyən Azərbaycan Ağır Atletika Federasiyasında(AAAF) ciddi dəyişiklik edilib. Federasiyanın bu gün keçirilən hesabat-seçki konfransında Kənd təsərrüfatı naziri İnam Kərimov qurumun prezidenti seçilib. Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

Əsas vəzifəsi ağır atletika idman növünün ölkədə inkişaf etdirilməsi, əhalinin sağlamlığının möhkəmləndirilməsi, bədən tərbiyəsi və hərtərəfli harmonik inkişaf təsirinin gücləndirilməsi, yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması olan AAAF-ın qarşısında böyük hədəflər qoyulub:

Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi;

Xarici ölkələrin Milli Federasiyaları, Beynəlxalq Ağır Atletika Federasiyası və başqa beynəlxalq idman təşkilatları ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsi;

Ağır atletika üzrə idmançıların, məşqçilərin və digər mütəxəssislərin hüquqlarının və maraqlarının müdafiəsi, ağır atletika veteranlarına qayğı göstərilməsi;

Ağır atletika idmanında qadağan olunmuş dopinqlərin, anaboliklərin və başqa dərman preparatlarının qəbulun yolverilməzliyi haqqında geniş təşkilatı işlərin aparılması; antiidman halları ilə mübarizə, əxlaqi-etik qaydalara əməl edilməsi;

Ağır atletika idmanının maddi-texniki bazasının saxlanması, genişləndirilməsi və yaxşılaşdırılması. və s.

 

Amma Federasiyada baş verən problemlər, narazılıqalr son illər qurumu bu hədəflərin icrasından yayındırmışdı. Mətbuatda vaxtaşırı idmançıların şikayət dolu çıxışları səslənirdi. Onlar maaşlarının gecikdirildiyini, vitaminlərin vaxtlı vaxtında verilmədiyini, şikayətlərinin rəhbərlk trəfindən dinlənilmədiyini qeyd edirdilər.

Məsələn, idmançılardan Nailxan Nəbiyev ötən il bildirmişdi ki, 3 ilə yaxındır ki, Federasiyada ciddi problemlər yaşanır. Onun sözlərinə görə, idmançılar vitaminlərlə, idman geyimləri ilə normal təmin olunmurlar: "Sonuncu dəfə fevral ayında maaş almışam, o da yanvar ayının maaşı idi. Dedilər mart ayında bütün maaşlar ödəniləcək, ancaq dediklərinə əməl etmədilər. Elə idmançılar var ki, 1 il, hətta 2 ildir ki, maaşlarını ala bilmirlər. Federasiya təkcə mənə 2 ayın maaşını borcludur. Bir neçə il əvvəl də belə bir hadisə baş vermişdi. Maaşlar uzun müddət verilmədi, sonra yeni il günü maaşların bir hissəsi verdilər, qalan hissəsini də “nə vaxt imkan olar, onda verərik” dedilər. Bu dəqiqə üçün əsas istəyimiz odur ki, maaşlarımızı versinlər”.

Qeyd edək ki, başqa idmançıların narazılıq dolu çıxışları da təxminən eyni problemlərlə bağlı idi və onlar aidiyyatı qurumlardan Federasiyada çətinliklərin aradan qaldırılmasını xahiş edirlər.

Daxili problemlərlə yanaşı AAAF beynəlxalq arenada da ciddi problemlərlə üzləşmişdi.

2017-ci ilin noyabrın 29-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) ABŞ-ın Anahaym şəhərində keçirilmiş Konqresində AAAF 50 min dollar cərimələnib. Bu cərimə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağırlıqqaldıranlarının dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən 9 ölkəyə – Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukraynaya şamil olunub.

Bundan başqa, ağırlıqqaldırma üzrə olimpiya çəki dərəcələrinin sayı 15-dən (8 kişi, 7 qadın) 14-ə (7 kişi, 7 qadın) azaldılıb. Digər yarışlar, o cümlədən, Avropa və dünya çempionatları üçün çəki dərəcələrinin sayı isə 20-yə (10 kişi, 10 qadın) çatdırılıb.

Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranlarından Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayevin (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə vermişdi.

 

Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub.

Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb.

Beləliklə, Federasiyanın yeni prezidenti İnam Kərimovun qarşısında tamamilə yenidən qurulmalı olan AAAF var. Nazirin dövlət qulluğunda səmərəli fəaliyyəti, idarəetmədə topladığı təcrübə onun Azərbaycan idmanının böhran içərisində olan bu sahəsində də müsbət dönüş yaradacağına ümidlər yaradır.

Qeyd edək ki, İnam Kərimov "ASAN Xidmət"ə rəhbərlik etdiyi dövrdə həm ölkə rəhbərliyinin, həm də cəmiyyətin rəğbətini qazanıb. Bu sistem dövlət qurumlarının vətəndaşa xidmət sahəsində bürokratiya, rüşvət və korrupsiya kimi neqativ əməlləri sıfıra endirib. Vətəndaş məmnunluğu yüz faizlik şkala ilə qeyd olunan "ASAN Xidmət" sistemi BMT-nin nüfuzlu mükafatına layiq görülüb. Bir çox ölkələr Azərbaycan brendinin təcrübəsini öyrənib və tətbiq ediblər. Hazırda Prezident İlham Əliyev ölkə boyu "ASAN Xidmət" mərkəzlərinin sayının artırılmasına ciddi önəm verir, paytaxtda və bölgələrdə yeni mərkəzlərin tikintisi davam etdirilir.

 

İnam Kərimovun qazandığı uğurlara görə, ölkə başçsı ona daha bir məsul vəzifəni- kənd təsərrüfatı sahəsinə rəhbərliyi tapşırdı. Bu sahədə də ciddi problemlər mövcud idi. Böyük potensialın olmasına baxmayaraq qeyri-səmərəli idarəetmə, korrupsiya, məmur özbaşınalığı aqrar sektorda böhranlı vəziyyət yaratmışdı.

İnam Kərimovun nazir təyinatından sonra kənd təsərrüfatı sahəsində ciddi isalahatlar aparılıb, sahibkar, fermer-dövlət münasibətlərində ciddi dönüş yaranıb.

 

İdarəetməyə yeni kadrların cəlb olunması, nerqativ hlların aradan qaldırılması, dünyanın inkişaf etmiş kənd təsərrüfatı ölkələri ilə ciddi əlaqələrin qurulması, bu sektora innovativ texnologiyaların gətirilməsi aqrar sektorda dirçəlişə səbəb olub. Bunu Azərbaycanın qeyri-neft ixracında, ÜDM-də ilbəil böyüyən aqrar sektorun payı da tsədiq edir.

Qeyd olunan uğurları nəzərə alıb ümid etmək olar ki, İnam Kərimov ona etibar olunan AAAF-da da qısa müddətdə dönüş yarada biləcək. Azərbaycan idmanına nailiyyətlər qazandıran qurumlar arasında Ağır Atletika Federasiyası da önüncül yerlərdə qərarlaşacaq... (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar