Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Marsel" - "Qarabağ" oyunu öncəsi ciddi təhlükəsizlik tədbirləri görüləcək

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.

"Report" "Maritima" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, oyun zamanı baş verə biləcək insidentlərin qarşısını almaq üçün təkmilləşdirilmiş təhlükəsizlik sistemi hazırlanıb. Ağdam klubunun azarkeşləri üçün xüsusi bilet satışı məntəqəsi fəaliyyət göstərəcək və ciddi mühafizə olunacaq. Həmçinin matçın oynanılacağı "Velodrom" stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da "bufer zona" yaratmaq məqsədi daşıyır.

Bundan başqa, arenanın üzərində dronların uçuşuna və tərfədarların priotexniki vasitələrdən istifadəsinə qadağa qoyulub.

İctimai Təhlükəsizlik İdarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda yerləşdiriləcək. Şəhərin mərkəzində hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı alınacaq, problem yaranarsa, dərhal müdaxilə ediləcək. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.

Həmçinin stadiona gələnlərdən sanitar qaydalara ciddi əməl olunması tələb ediləcək.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay