Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azyaşlı uşaqlar üçün Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı keçirilib - Fotolar

E.Həbibullayev “Bu kitabda qələbəmiz haqqında, prezident İlham Əliyevin siyasəti haqqında uşaqların anlaya biləcəyi tərzdə, sadə formada məlumatlar verilir. “

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib. Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.

İlk öncə muzeyin foyesində qonaqlar və tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan kompozisiya ilə tanış olub, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasını dinləyiblər.

Təqdimat mərasimini Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev açmışdır.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev, 27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, 6-ci sinif şagirdi, Milli Azərbaycan Tarixi Muzeyin direktoru Nailə Vəlixanlı, BŞİHBA İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və digər çıxış edənlər bildiriblər ki, bu kitab ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacaqdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirdi ki, bu kitabın bir özəlliyi də ondan ibarətdi ki, kitab uşaq auditoriyası üçün nəzərdə tutulub və bu kitabda bizim böyük qələbəmiz haqqında, əsqər və zabitlərimizin sücaəti haqqında, prezident İlham Əliyevin siyasəti haqqında uşaqların anlaya biləcəyi tərzdə, sadə formada məlumatlar verilir.
Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış olublar.

Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim edərək onlara Vətən müharibəsindəki Şanlı Qələbə barədə məlumat veriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar