Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ konqresmenlərindən Ukrayna ilə bağlı təklif: “NATO-plus” ölkəsi elan edilsin

ABŞ-ın Respublikaçılar Partiyasından olan bir qrup konqresmen Ukraynanı “NATO-plus” ölkəsi elan edən və bu ölkəyə hərbi yardımın maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə artırmağa imkan verən qanun layihəsini təqdim etmək niyyətində olduqlarını bildiriblər.

“Diplomatiyaya güc mövqeyindən yanaşılmasa, uğur qazanmaq şansı azdır. Vladimir Putin nəzərə almalıdır ki, Konqres Rusiyanın təsir dairəsinin bərpasına dözməyəcək, həmçinin Ukrayna, Mərkəzi və Şərqi Avropadakı digər müttəfiqlərimiz və NATO tərəfdaşlarımızdan imtina edilməsinə icazə verməyəcək”, - deyə qanun layihəsinin təşəbbüskarı, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçı nümayəndəsi Maykl Makkol bildirib.

Qanun layihəsi Ukraynaya lazım olan hərbi və diplomatik dəstəyi verəcək. Burada həmçinin heç vaxt işə düşməməsi üçün “Şimal axını 2” qaz kəmərinə qarşı dərhal sanksiyaların tətbiqi nəzərdə tutulur.

Qanun layihəsi Nümayəndələr Palatasının üzvləri Mayk Rocers, Mayk Törner və Elis Stefanik tərəfindən birgə irəli sürülüb.

“Ukrayna qisas qorxusu olmadan öz gələcəyini, o cümlədən iqtisadi və təhlükəsizlik münasibətlərini seçməkdə azad olmalıdır”, - deyə Stefanik bildirib.

Qanun layihəsi, həmçinin ABŞ-ın bəzi müdafiə malları və xidmətlərinin satışının sürətlə nəzərdən keçirilməsinə imkan vermək üçün Ukraynanı “NATO plyus” ölkəsi kimi müəyyənləşdirir. Sənəd Rusiya Federasiyasının Avropada yerüstü orta mənzilli raketlərin yerləşdirilməsinə moratorium tətbiq etmək təklifini rədd edir və ABŞ-dan Rusiyanın terrorizmi himayə edən dövlət olub-olmamasını rəsmi şəkildə müəyyənləşdirməyi tələb edir.

Bundan əlavə, layihə keçmiş SSRİ ölkələrində “Rusiyanın dezinformasiya və informasiya əməliyyatları” ilə mübarizə üçün 2022-ci ildə “Azad Avropa Radiosu/Azadlıq radiosu”na 155 milyon dollar ayrılmasını nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar