Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan: İrəvan kommunikasiyaların açılmasında üçüncü tərəflərin nəzarətini istisna edir

Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Sünikdən keçən yola üçüncü tərəflərin nəzarətini istisna edir...

Lakin hər iki ölkədə lisenziyası olan bir şirkət dəmir yolu kommunikasiyalarını açarkən yük və ya sərnişinləri müşayiət etmək üçün cəlb edilə bilər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, baş nazir Nikol Paşinyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransında kommunikasiyaların açılması halında özəl mühafizə şirkəti haqqında söylədiklərinə aydınlıq gətirib.

A.Mirzoyan bildirib ki, o sadəcə söylənilən fikirlərin necə dəyişidirlərək çatdırılmasından heyranlığını gizlədə bilmir, “müstəqil” ekspertlər isə uydurmanı reallıq kimi təqdim edirlər: “Dəhliz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç nə müzakirə olunmur. Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirdik. Mövqeyimizdə heç nə dəyişməyib”.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Azərbaycanın qərb regionları ilə Naxçıvan arasında gələcəkdə Sünikdən keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Qazaxıstanda qidadan zəhərlənmə ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb - Yenilənib

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Basketbol üzrə Türkiyə yığmasının sabiq üzvü qəzada ölüb

Ən çox oxunanalar