Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal döyüşün final mərhələsi: Türkiyə problemi

Bir-birinə oxşamadığı deyilən müxalifət partiyaları, əslində, eyni mənbədən eyni fəlsəfədən qidalanan birləşmələrdir..

Ergün Diler
“Takvim”, Türkiyə, 29 dekabr 2021-ci il

Dünən Kraliça Elizabetə qarşı törədilə biləcək iki mümkün hücum haqqında danışdım. Simvolik olaraq çox vacib idi. Həm Bukingemdə, həm də Vindzorda. Türkiyəni mərkəzə qoyub daha dəqiq izah edək.

2013-cü il həm Türkiyə, həm də dünya üçün kritik dönüş oldu. Həmin il çox şeylər başladı. Sisidən Qətərdəki şeyxliyin dəyişməsinə, 17-25 dekabrdan Gezi etirazlarına və oradan da Papa XVI Benediktin istefasının elanına qədər. Papa getdi, əvəzinə Francesko gəldi. Kraliça Elizabet 4 saat Romaya getdi və yeni Papa ilə görüşdü. Beləcə, oraya özü ilə Vatikanın bir hissəsini də apardı.

Tez-tez yazdığım kimi, 2016-cı ildə Brexit və 15 İyul hadisəsi baş verdikdə vəziyyət aydınlaşırdı. Bunun kimi bir çox hadisə dünyanın zirvəsində qərar qəbul edənlər arasında baş verən döyüşü təsvir edirdi. Doğulduğu yer Fransa və Almaniya olan və qlobal zəminə malik olan bu məktəb kraliça ilə yollarını ayırırdı. İngiltərədə heç vaxt olmayan terror aktları baş verirdi.

Sonuncu dəfə isə Mühafizəkarlar Partiyasından deputat Ser Devid Amess bıçaqlanıb və həyatını itirib. Avropa ilə İngiltərənin ayrılmasına ən açıq şəkildə qarşı çıxan və pulu ilə bunun qarşısını almağa çalışan Corc Soros idi.
Ancaq ayrılıq baş verirdi. Qlobalist anlayışının aparıcı siması olan Soros Çin liderini heç vaxt bəyənməyib.
Soros Davosda deyib: “Keçən il mən Çinin qlobal idarəçilik institutlarında daha dərindən iştirak etməli olduğuna inanırdım. Lakin Si Tsinpinin o vaxtdan bəri davam edən hərəkətləri fikrimi dəyişdirdi”.

O, Tsinpini “azad və demokratik cəmiyyətlərin ən təhlükəli düşməni” adlandırıb. Eləcə də Putini, Ərdoğanı, Trampı bəyənmirdi. 2017-ci ilin sonunda Trampın Çini strateji rəqib kimi təsvir etməsinin çox sadə olduğunu ifadə edən Soros: “Effektiv siyasət bir şüar halına salına bilməz. O, mürəkkəb, detallı və praktik olmalıdır. Bu, bir cavabı özündə ehtiva etməlidir, “Çinin Bir Kəmər Bir Yol təşəbbüsünə bir cavab olmalıdır” deyərək Ağ Evin cavabını verirdi.

Soros Tsinpinini sevməsə də, Avropanın kripto ailələri çox uzun müddətdir ki, Çinin ən böyük ailələri ilə birlikdədirlər. 1750-ci illərdən sonra yaxınlıq qohumluğa çevrildi və xüsusilə, son 40 ildə birlikdə çoxlu pul qazanmışdılar. Bu ailələr də kommunizmi Çindən çıxarmaq əvəzinə, liberal zehniyyət gətirmək istəyirdilər.
Oradakı müharibə də dərindən gedirdi. Çinin nəzarətdə saxlanmasının çətin olması bu dəfə ABŞ və İngiltərəni ittifaqa sövq edir. Çini AUKUS ilə əhatə etmək istəyirdilər.

Dünyanın zirvəsində müharibə başlayanda Fransa-Almaniya mənşəli sülalələr yenilənmiş silahları ilə buna etiraz etdilər. Biz bunu Amazon-Kongo-AVSTRAL­İYA yanğınlarında görürdük. Onlar dünyanı yandırıb, qarşı məktəbə qarşı üsyan edirdilər.

Bunu öz içimizdə yaşayırıq. Məsələn, yayda meşələrimiz yanırdı, yandırılırdı.
6 ay dayanmadan yanan Avstraliya da AUKUS-a girirdi. Nüvə baxımından ÇİN-i dənizlərdən tutmaq əməliyyatında iştirak edirdi. Avropanın dərin sülalələri də yeni və yenilənmiş qolları ilə Putini silkələyirdilər. Enerji-gaz tərəfdaşlığının səbəbi odu ki, gələcək yoldaşlığının bu gün biraz çevrilməsi istənilirdi.

Bu səbəbdən, uzun illər Rusiyanı idarə edən Romanovların sonuncu nümayəndəsi Georgiy Mixayloviç Romanov, italyan Viktoriya Romanovna Bettarini və o özü Sankt-Peterburqda evlənirdi. St. Ayzek Kafedralındakı mərasimdə Avropa sülaləsinin bütün üzvləri iştirak edirdi. Rusiyanın anti-Türkiyə mövqeyi əsas məqsədlərdən biri idi. Yaxud müxalifəti iqtidara gətirmək və Türkiyənin Rusiyadan uzaq durması...

Təxminən bu tarazlıq Türkiyədəki siyasəti müəyyən edirdi. Bəlkə də, çox adam bilmir, amma müxalifətin namizədi kökləri Anadolu Selçukluya gedib çıxan bir şəxs olacaqdı. Ya da bu adla xatırlanan bir başqası.

Sizi çaşdırmaq istəmirəm, amma Türkiyə belə bir yerdir. O qədər xüsusi, o qədər güclü, o qədər fərqli. Fikir verin, kralıçanın önə çıxması üçün Türkiyə mövqe tutmalı idi.

İçəri dönsək, bir-birinə oxşamadığı deyilən müxalifət partiyaları, əslində, eyni mənbədən eyni fəlsəfədən qidalanan birləşmələrdir. Həqiqəti görmək mümkün deyildi, çünki hamı məsələyə ideoloji baxırdı.

Məsələn, İyi Partiyası ilə HDP necə bir araya gəldi? Səadət Partiyası CHP ilə necə anlaşıb? İdeoloji baxımdan onlara cavab vermək mümkün deyildi. Halbuki, kor ideologiyadan uzaqlaşsanız, həqiqət göz qabağında idi.

Avropanın gücü aydın görünürdü. Məsələ də budur. Qlobal döyüşün finalı Türkiyədə keçirilməli idi. Gezi etirazlarından əvvəl buna bənzər bir cümlə yazmışdım. Hələ də baş verənlərə daxili siyasət kimi baxan hər kəs yanılmışdı. Hadisə Türkiyəyə sığmayacaq qədər böyük idi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar