Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin mövqeyi: Amerikanın İranla bağlı mövqeyində dəyişiklik olubmu?

Bu dəyişikliyin və çevrilmənin ciddiliyini və davamlılığını qarşıdakı günlər bizə göstərəcək...

Sevsen Şair
“The Independent” qəzeti, 13 dekabr 2021-ci il

İran hökumətinin terrora verdiyi dəstək günahsız qurbanları geridə qoyub. ABŞ və müttəfiqlərimiz üçün təhlükəli olan rejimləri dəstəkləmək cəhdlərinə qanunun bütün gücləri ilə qarşılıq veriləcək”.

ABŞ Ədliyyə Nazirliyinin bu bəyanatı, sanki, Tramp administrasiyası tərəfindən verilmiş kimi səslənir, amma əslində, bu qərar dekabrın 8-də, İrandan husilərə qaçaqmalçılıq yolu ilə gətirilən silah göndərişinin qarşısının alınmasının elanından sonra Bayden administrasiyası tərəfindən verilib.

Bəyanatda deyilir:

“FTB İran hökumətini qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək öhdəliyinə sadiq qalır. İranın sanksiyaları ilə bağlı pozuntularından xəbəri olan hər kəsi FTB ilə əlaqə saxlamağa çağırırıq”.

ABŞ-ın İrana qarşı oxşar sərt bəyanatları bir-birini izləyir. FTB-nin Vaşinqtondakı ofisinin əməkdaşı Rey Villanuva deyib:

Ədliyyə Nazirliyi tərəfindən bu gün açıqlanan nəticələr İran rejimi və İslam İnqilabı Keşikçiləri Korpusunun biabırçı cinayət fəaliyyətinin qarşısını almaq üçün davam edən səylərinin növbəti böyük qələbəsini təmsil edir”.

“Bizim daxildə və xaricdəki tərəfdaş təşkilatlarımız sübut edir ki, İran sanksiyaları pozmağa və dünyanın istənilən yerində təhlükəli qurumları silahlandırmağa çalışır. FTB-nin təşəbbüsü İranın fəaliyyətini pozmağa hazırdır”, deyə də o əlavə edib.

Bu, Bayden administrasiyası üçün yeni bir haldır və İranla husilərə qarşı sərt dili təmsil edir. Amerikanın İranla bağlı mövqeyində dəyişiklik olubmu? Bu, daimi transformasiyadırmı? Yoxsa Vyanada danışıqlar masasına qayıtması üçün İranın qulağı çəkilib?

Bu suallar iki səbəbdən vacibdir:

Birincisi, yeni tonun yaratması, ikincisi isə İrandan husilərə qeyri-qanuni silah daşınmasının davam etdirilməsidir. Yüklərdən birinin ələ keçirilmə vaxtı da bu sualları qaldırmağa imkan verir.

Silahların ələ keçirildiyini elan etməsinə cəmi 4 gün qalmış ABŞ dövlət katibi Blinken vasitəsilə: “Tehran danışıqları ləngitməklə nüvə proqramını inkişaf etdirməyə davam edərsə, biz başqa variantlara müraciət edəcəyik”, açıqlamasını vermişdi.

Blinken əlavə edib:

İran yenidən danışıqlara riayət etmək üçün nə etməli olduğu ilə bağlı ciddi görünmür. Ona görə də, biz Vyanada danışıqların sonuncu raundunu başa vurduq. İranın yaxın günlərdə alacağı çox mühüm qərarlar var”.

Cümə günü avropalılar da İranın tələblərindən “məyusluq və narahatlıq” ifadə ediblər. Fransa, Almaniya və İngiltərədən olan yüksək səviyyəli diplomatlar bu “geri addımı” pisləyib və bildiriblər ki: “Tehran aprel-iyun ayları arasında danışıqların birinci raundu zamanı güc yolu ilə əldə edilmiş bütün kompromislərdən geri çəkilir”.

Bu həftə sonu paytaxtlarına qayıdan nümayəndə heyətləri bu münaqişələrin aradan qaldırıla biləcəyini görmək üçün gələn həftənin ortalarında danışıqları davam etdirmək məqsədilə Vyanaya gələcəklər.

Avropalı diplomatlar da əlavə ediblər:

“Real vaxt çərçivəsində bu boşluğu necə aradan qaldırmağın mümkün olacağı bəlli deyil”. (4 dekabr 2021-ci il - Fransa 24)

Bu bəyanatdan iki gün sonra husi milisləri iki ballistik raketlə Ər-Riyadı hədəf aldı. Vaşinqton bu hücumu kəskin şəkildə pisləyən bəyanatla çıxış edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays: “Vaşinqton husilərin terror hücumlarına qarşı Səudiyyə Ərəbistanının yanındadır. Ər-Riyada ballistik raket hücumlarını şiddətlə qınayırıq”, deyib.

Cəmi iki gün sonra, dekabrın 8-də Venesuelaya gedən İran neft tankerinin husilərə göndərilən külli miqdarda İran silahı ilə birlikdə ələ keçirildiyi açıqlanıb.

Ədliyyə Nazirliyi Daxili Təhlükəsizlik Departamentindən nazir müavini Metyu Olsen: “Birləşmiş Ştatların bu iki halda davranışı İran hökumətinə və İnqilab Keşikçilərini dəstəkləyən cinayət şəbəkələrinə böyük zərbə vurdu. Ədliyyə Nazirliyi terror təşkilatlarının yaratdığı təhdidlərlə mübarizə aparmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”, deyə o, bildirib.

Kolumbiya Dairə Baş prokuroru Metyu M. Qrevis: “Bu iki hal onu göstərir ki, biz təkcə İran İnqilabı Keşikçiləri Korpusunun neft gəlirləri hesabına öz əməliyyatlarını maliyyələşdirmə qabiliyyətinə deyil, həm də onun bu cür satışlardan əldə edilən gəlirləri terrorçuların etibarlı şəxslərinin silahlanmasına və xaricə terrorizmin ixracına sərf etmək qabiliyyətinə mane ola bilərik”, deyib.

İrana və onun bölgədəki terror fəaliyyətinə bu güclü zərbə heç bir şübhə yeri qoymadan sübut edir ki, İranın terror fəaliyyətinin qarşısını almaq, terror aktlarını dayandırmaq, regionda təhlükəsizliyi və sabitliyi müharibəsiz təmin etmək son dərəcə mümkündür. Təbii ki, ərəb ittifaqı ilə ABŞ arasında davamlı, real və effektiv ciddilik və regional suların təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan bütün beynəlxalq güclər və müvafiq tərəflərlə əməkdaşlıq mövcud olduqda.

Qarşıdakı günlər bu dəyişikliyin və çevrilmənin ciddiliyini göstərəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay