Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə İran arasında əməkdaşlıq sazişi yaxın gələcəkdə imzalana bilər

İranRusiya 20 illik müddəti əhatə edəcək hərtərəfli əməkdaşlığa dair sənəd üzərində işi başa çatdırmağa yaxındırlar.

APA-nın ILNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

"Biz Xarici İşlər Nazirliyinin yeni proqramını yaratdıq: qonşu ölkələrlə 20 illik müqavilələrin bağlanması üzrə yol xəritəsi. Rusiya ilə bu proses demək olar ki, başa çatıb", - XİN rəsmisi bildirib.

Diplomat əlavə edib ki, bu, Çinlə 25 il müddətinə hərtərəfli əməkdaşlıq haqqında sazişə bənzər bir sənəddir.

Noyabrın 16-da İran Prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, İran tərəfi Rusiya ilə hərtərəfli əməkdaşlıq haqqında uzunmüddətli saziş bağlamağa hazırdır.

pia.az

Xatırladaq ki, Rusiya ilə İran arasında münasibətlərin əsası və əməkdaşlıq prinsipləri haqqında müqavilə 2001-ci ilin martında imzalanıb və onun qüvvədə olma müddəti avtomatik olaraq hər beş ildən bir yenilənirdi. 24 sentyabr 2020-ci ildə Moskvaya səfəri zamanı İranın o vaxtkı xarici işlər naziri Məhəmməd Cavad Zərif demişdi ki, növbəti uzadılmadan əvvəl İran tərəfi mövcud reallıqları nəzərə alaraq sənədin yenilənməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar