Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert “qara qutu” ilə bağlı maraqlı detalları açıqladı - Video

Aviasiya nəqliyyat növləri arasında ən gənci olsa da, artıq tarixində minlərlə insanın ölümünə səbəb olan yüzlərlə faciəyə səbəb olub. Ən son böyük aviasiya qəzası ölkəmizdə - noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda baş verdi. Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid oldu. Bütün aviasiya faciələrində olduğu kimi bu hadisədə də səbəbin müəyyənləşdirilməsində gözlər qara qutuya dikilib. Bəs qara qutu nədir və səbəblərin aşkarlanmasında hansı rola malikdir?

PİA.az Xəzər TV-yə istinadən xəbər verir ki, baş vermiş avia faciələrdən sonra adı gündəm olan "qara qutu" detalı ilk dəfə 1939-cu ildə istifadə edilib. 8 il istifadədən sonra "qara qutu" daha da təkmilləşdirilib və onun dözümlülüyü, səs lentə alma qabiliyyəti gücləndirilib. Sözügedən qutu bədbəxt hadisələrin səbəblərinin araşdırılması zamanı istifadə edildiyinə görə ona qara qutu deyilsə də, rəngi qara deyil və get-gedə əhəmiyyəti daha da artdığına görə artıq aviasiya vasitələrində bir deyil iki qara qutudan istifadə edilir.

Həm plyonkaralara, həm də flash yaddaş kartına köçürülən səsin etibarlı qorunması qara qutunun ən vacib xüsusiyyətidir. Flash yaddaşların 20 gün və ya bir ay müddəti olur. Aviasiya vasitəsi qəzaya uğradıqda "qara qutu"nun zədələnməməsi üçün daim təkmilləşdirilir və oda, zərbəyə davamlılığı artırılır.

Qara Qutunun qoruna bilinməsi qədər oxuna bilinməsi də vacib prosedurdur. Belə ki, qara qutu əksər hallarda nəqliyyat vasitəsinin istehsal olunduğu ölkədə oxuna bilinir.

Qeyd edək ki, qara qutuda olan informasiyalar arasında yanacağın təzyiqindən tutmuş bütün mexanizmlərin işlənməsinin vəziyyətinə qədər yaddaşda qalır. Yəni qara qutu təkcə ekipaj üzvlərinin səsini yazmaqla faciə haqqında məlumat ötürmür, həm də qəza baş verən ana qədər aviasiya vasitəsinin müvafiq texniki göstəricilərini də qeydə alır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay