Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və kahinlər - Yelisey sarayında falçıların nə işi var?..

Müasir dövrümüzdə Yelisey sarayında bütün məsələlərdə, o cümlədən mühüm dövlət işlərində məsləhət vermək üçün xüsusi kahin təyin edilir. Sosialist prezident Fransua Mitteranın dövründə isə Yelisey sarayında kahinlərlə məsləhətləşmək adi hal idi...

Semir Ataullah
“Şarkul Avsat” qəzeti, Türkiyə, 21 noyabr 2021-ci il

Fransızlar bəşər tarixində bir-birinə zidd olan iki xüsusiyyəti ilə məşhurdurlar: onlar məntiqə və elmə ən çox inanan insanlar olmaqla yanaşı, həm də astrologiyaya, falçılığa və ruhlarla danışmağa da inanırlar.

Bu inanc təkcə dünyanın ən məşhur kahini olan fransız Mişel de Nostradamusun (1503-1566) dövründə deyil, həm də müasir dövrümüzdə Yelisey sarayında bütün məsələlərdə, o cümlədən mühüm dövlət işlərində məsləhət vermək üçün xüsusi kahin təyin edilir. Sosialist prezident Fransua Mitteranın dövründə isə Yelisey sarayında kahinlərlə məsləhətləşmək adi hal idi.

Oksford Universitetinin müəllimi, Mavritaniya əsilli Sudhir Hazareesin “Fransızlar necə düşünür” kitabında bizi Fransa tarixinə doğru heyrətamiz bir səyahətə çıxarır. Kitabın bəzi maraqlı hissələri Mitteranın ikinci müddətinin sona yaxınlaşdığı və 1996-cı ilin yanvarında ölümündən dərhal sonrakı dövrdə müasir Fransa tarixinin real və qeyri-mümkün aspektlərinə diqqət yetirir.

Fransızlar Beşinci Respublikanın qurulmasından sonra Sosialist Partiyasından seçilən ilk prezident olan Mitteranın sirli şəxsiyyətini kəşf etməyə başladılar. Aşkar edilən məqamlardan biri də Mitteranın 1930-cu illərdə radikal millətçi solçulara rəğbət bəsləməsi və həyatının son 20 ilində ikinci ailəsini dövlət xəzinəsi vasitəsilə təmin etməsi olub.

Eynilə, siyasi mütəfəkkir, solçu olan və bu baxımdan rasionalist fəlsəfədə seçilən ənənəvi fransız irsinə malik Mitteranın Yeliseydə mütəmadi olaraq astroloq Elizabet Teyzer ilə görüşməsi olduqca təəccüblü idi.

Böyük şöhrət qazanan və bloqlarda zodiak haqqında yazan Teyzer 1989-1995-ci illər arasında Mitteranın sirlərini qoruyub. Xatirələrində o, Teissier Mitteranın çox güclü maqnit cazibəsinə malik olduğunu, işinin “qara ay” haləsinin altına düşdüyünü və “birmənalı olmayan, lakin güclü kosmik əlaqənin” onun taleyini Beşinci Respublika ilə bağladığını iddia edirdi.

Prezident ailəsi və sağlamlığı ilə bağlı şəxsi məsələlərdə Teyzerin məsləhətinə güvənirdi. Amma eyni zamanda, o, ən kiçikdən tutmuş ən böyüyünə qədər bütün dövlət işlərində Teyzerlə məsləhətləşirdi. Əslində, məsəslə o həddə çatmışdı ki, prezident “Körfəz müharibəsi” zamanı bir gündə Teyzerə dəfələrlə zəng vurmuşdu. Prezident görüşləri zamanı ondan nazirlərinin xarakterlərini bürclərinə görə təsnif etməyi və siyasi təşəbbüsü üçün ən münasib vaxtla bağlı konkret göstərişlərini öyrənməyi xahiş etmişdi. Məsələn, Teyzerin göstərişləri 1992-ci ildə “Maastrixt Müqaviləsi” üzrə referendumun sentyabrda seçilməsinə əsaslanırdı və bu, müasir Fransa tarixində ilk belə vəziyyət hesab olunurdu.

2001-ci ildə Teyzer Sorbon Universitetində sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb. Bu da Fransa universitet sistemi ilə bağlı suallar doğurdu. Digər tərəfdən, bəziləri Mitteranın qəfil olaraq bürclərlə maraqlanmasını Avropada soyuq müharibə nizamının dağılmasına qarşı gözlənilməz bir reaksiya və ya sadəcə olaraq prezidentdə qəribə meyillərin yaranması kimi şərh ediblər. Prezident 1994-cü ildəki son çıxışında ruhların gücünə inandığını və ömrünün sonuna yaxınlaşdıqca onlardan ayrılmayacağını deyərək vətəndaşları heyrətə salmışdı.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar