Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran xaricdəki əməliyyatlarda dronlardan istifadəni genişləndirir: TIR ların içində gizlədib daşıyırlar

İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds briqadası” xaricdəki əməliyyatlarında pilotsuz uçan aparatların tətbiqini genişləndirir. Virtualaz.org xəbər verir ki, bu haqda müxalif qüvvələrin cəmləşdiyi İran Milli Müqavimət Şurasının bəyanatına istinadən “Frans Press” agentliyi bildirir.

Məlumatda deyilir ki, hazırda İranda müxtəlif çeşiddə PUA-lar istehsal edən 8 zavod fəaliyyət göstərir, həmin zavodlarda əsasən Çin, Cənubi Koreya və digər ölkələrdən alınan ehtiyat hissələr istifadə edilməklə zərbə və kəşfiyyat PUA-ları yığılır.

Təşkilat bildirir ki, “Qüds briqadası” əsasən PUA-ları Suriya, İraq və Yəməndəki əməliyyatlarında istifadə edir. Eyni zamanda İran özünün hərbi hava qüvvələrini PUA texnologiyası ilə müəyyən qədər modernizə etməyə çalışır. İranın Hava və Kosmik Qüvvələr Komandanlığının nəzdində pilotsuz aviasiya komandanlığı yaradılıb, PUA-lar İranın müxtəlif bölgələrindəki bazalarda yerləşdirilib.

İnqilab Keşikçiləri Korpusu xaricdəki “proksilərinə” PUA təlimi vermək üçün onları İrana gətirir. PUA-lar isə TIR-ların içərisində gizlədilərək İraqSuriyaya daşınır, Yəmənə isə dəniz yoluyla çatdırılır.

Qeyd edək ki, İran son illər PUA texnologiyasına çıxış əldə edə bilib və raketlərlə təchiz edilmiş uzaqmənzilli PUA-larla yanaşı kiçik kamikadze-dronlar da istehsal edir. Lakin ekspertlərə görə, İran bu sahədə Türkiyə və İsrail kimi ölkələrdən çox geri qalır. 

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar