Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyevin Putinlə danışıqları: İki lider “saatlarını necə dəqiqləşdiriblər?” - Müsahibə

Politoloq: “Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında olan görüşdə Qarabağ ərtafında nizamlanmanın bütün çalarları, kommunikasiya vasitələrinin açılması, xüsusilə Zəngəzur dəhlizinin açılması müzakirə olunub”

“Son anda Azərbaycan ermənilərin milli-mədəniyyət hüquqlarını tanıya bilər. Başqa şəkildə Azərbaycan ermənilərə heç bir güzəşt etməyəcək”.

Xəbər verdiyimiz kimi iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə oldu. Kremlin internet saytının məlumatına görə, Vladimir Putin görüş zamanı ikitərəfli iqtisadi məsələlərlə yanaşı regiondakı vəziyyətin tənzimlənməsindən də danışıb.

“Bilirəm ki, siz bu məsələyə böyük diqqət və əhəmiyyət verirsiniz. Sizə kompromis həllər tapıldığına görə təşəkkürümü bildirmək istəyirəm. Bunlar həmişə mürəkkəb məsələdir, amma əgər biz tənzimləmə istəyiriksə, bizsə bunu istəyirik, bu yolla getməliyik...”, deyə O qeyd edib.

İlham Əliyevin Moskva səfərini və müzakirə olunan məsələrin nəticələrini PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Çox böyük ehtimalla müzakirə olunan məsələlərdən biri də bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələrin fəaliyyətinin daha təkmilləşdirilməsi olub”.

PİA.az politoloq Qabil Hüseynli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırırıq:

- Qabil müəllim, mətbuata verilən açıqlamalardan çıxış edərsək, bu görüşü necə dəyərlənirərdiz? Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “saatların yoxlanılması” kimi dəyərləndirdiyi bu görüş barədə mətbuata çox az məlumatın verilməsi nədən xəbər verir? Bu görüşdə Qarabağla və Azərbaycan-Ermənista­­n münasibətləri ilə bağlı taleyüklü razılaşmaların əldə olunmasına ehtimal vermək olarmı?

- Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında olan görüşdə Qarabağ ərtafında nizamlanmanın bütün çalarları, kommunikasiya vasitələrinin açılması, xüsusilə Zəngəzur dəhlizinin açılması müzakirə olunub. Azərbaycan prezidenti Moskvaya gedib və Putinlə görüşübsə, gündəlikdə duran bir nömrəli məsələ ermənilərlə sülh sazişinin imzalanması olub. Prezidentin Putinlə danışacaq başqa mövzusu yoxdur.

Putinlə İlham Əliyevun görüşündən sonra yazdılar ki, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə olunub. Ola bilsin ki, Rusiyanı indi iqtisadi maraqlar maraqlandırır. Amma indi Azərbaycanı maraqlandıran müharibənin nəticələrinin sülh sazişində tətbiq edilməsi və imzalanmasıdır. Biz buna can atırıq. Həmçinin sərhədlərin müəyyən edilməsini istəyirik. Eyni zamanda Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin geriyə qaytarılmasını istəyirik.

Qabil Hüseynli: “Azərbaycan istəyər ki, sülhməramlı qüvvələrə təsir imkanları olsun”.

Buna görə də bu qədər danışıqlardan, ağır müharibələrdən, müxtəlif beynəlxalq təşkilatların vasitəçiliyindən sonra prezidentlərin Moskva görüşündə də konkret məsələlər müzakirə olunub. Mən buna şübhə etmirəm. Çox böyük ehtimalla müzakirə olunan məsələlərdən biri də bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələrin fəaliyyətinin daha təkmilləşdirilməsi olub.

Azərbaycan istəyər ki, sülhməramlı qüvvələrə təsir imkanları olsun. Yaxud da Azərbaycanın sülhməramlılarının hesabatını dinləmək imkanı olmalıdır. Bildiyimiz kimi Ağdamda rus və türk monitorinq mərkəzi var. Sülhməramlı qüvvələr eyni zamanda onlara da hesabat verməlidir.

- Putin görüşün əvvəlində Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür edərək qeyd etdi ki, “nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik”, ifadəsini işlətdi. Sizcə Rusiya prezidenti kameraların qarşısında “kompramis” ifadəsini işlədərkən nəyə işarə edirdi? Azərbaycan öz “qırmızı xəttini” nəzərə alaraq yekun sülh sazişinə getmək üçün hansı güzəştlərə gedə bilər?

- Ermənilər əsasən Dağlıq Qarabağ ermənilərinə status almaq istəyir. Ermənistanın baş naziri Nikol Paşinyan da deyir ki, Dağlıq Qarabağ ermənilərinin statusu tanınandan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər. Həmçinin Paşinyan bundan sonra Azərbaycanla sülh danışıqlarına gedə biləcəklərini deyir.

Çox güman ki, Azərbaycanın getdiyi güzəştlər prezident səviyyəsində həll olunur. Azərbaycan prezidenti də Azərbaycanın iqtisadi rayonlarını müəyyənləşdirdi. Qarabağ iqtisadi rayonuna da ermənilərin yaşadığı ərazilər daxil olub. Buna görə də düşünürəm ki, ən son anda Azərbaycan ermənilərin milli-mədəniyyət hüquqlarını tanıya bilər. Başqa şəkildə Azərbaycan ermənilərə heç bir güzəşt etməyəcək.

Qabil Hüseynli: “Ermənilər erməni pasportu ilə Qarabağda yaşamaq istəyirsə, onda ölkəni tərk etməli olacaqlar”.

Ermənilər Qarabağda yaşamaq istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Hətta onların milli-mədəni muxtariyyətləri olanda da Azərbaycan vətəndaşları olmalıdırlar. Ermənilər erməni pasportu ilə Qarabağda yaşamaq istəyirsə, onda ölkəni tərk etməli olacaqlar.

- Qabil müəllim, verilən açıqlamalara baxarsaq, görüşdə diqqət çəkən məsələlərdən biri də prezidentlərin sərhəddə baş verən toqquşmalara toxunmaması oldu. Bu nədən xəbər verir? Kremlin Azərbaycan-Ermənista­­n sərhədində, xüsusən Naxçıvan istiqamətində atışmaların olmasından narahatçılıq ifadə etməməsi nədən xəbər verir?

- Danışıqlar haqqında müfəssəl məlumatlar yayılmayıb. Buna görə də sərhədlərdəki toqquşmalar məsələsinə prezidentlərin toxunmasını demək çətindir. Amma sərhəddə olan toqquşmalar lokal xarakterli toqquşmalardır. Düzdür son zamanlar bu toqquşmalar sistemli xarakter alıb.

AzərbaycanErmənistan əsgərləri bir-birlərinə yaxın məsafədə olurlar. Buna görə də bir-birlərinə söz atırlar. Bəzən də atılan sözlərə əsəblər tar gətirmir və atışma olur. Ola bilsin ki, bu məqama görə prezidentlər sərhəd gərginliyini müzakirə etməyiblər. Amma bütövlükdə bu məsələnin erməni siyasi rəhbərliyi səviyyəsində qızışdırıldığını söyləyə bilərəm.

Qabil Hüseynli: “Hələ ki, Fransanın və Avropa İttifaqının Cənubi Qafqazda aktivləşməsinə qarşı RusiyaAzərbaycanın birgə hərəkət etməsinin işartıları görür”.

- “Kommersant” qəzeti yazır ki, Putin və Əliyevin görüşündə Fransanın və Avropa İttifaqının Azərbaycan-Ermənista­­n münasibətlərinə müdaxilə etməyə çalışması da müzakorə olunub. Əliyev Fransanın və Avropa İttifaqının Ermənistanı üçtərəfli bəyanatı yerinə yetirilməməsinə sövq etməsindın narahstlığını ifadı edib. Qəzet tazır ji, məhz bu məsələyə gorə RusiyaAzərbaycan prezidentləri “saatlarını dəqiqləşdiriblər” . Fransanın və Avropa İttifaqının Cənubi Qafqazda aktivləşməsinə qarşı RusiyaAzərbaycanın birgə hərəkət edəcəyinə ehtimal verirsinizmi?

- Hələ ki, Fransanın və Avropa İttifaqının Cənubi Qafqazda aktivləşməsinə qarşı RusiyaAzərbaycanın birgə hərəkət etməsinin işartıları görür. Bunu yüz faiz əminliklə demək olmaz. Hətta bəzən məndə belə bir fikir yaranır ki, Fransanın və Avropa Birliyinin erməni məsələsində mövqeyində bir yaxınlıq var.

Rusiya Ermənistanın Avropa Birliyinə meyl etməsini rahatlıqla qarşılaşmayacaq. Həm də Rusiya Ermənistana öz bildikləri kimi hərəkət etməyə imkan verməyəcək. Hər bir halda Rusiya Avropa Birliyinin bölgəyə təsirində narahatlığını ifadə etmir. Rusiya sözdə hətta bunu alqışlayır. Avropa Birliyindən Ermənistana böyük məbləğdə vəsait gəlir. Bu da Rusiyanın yükünü azaldır.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar