Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri danışdı

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə 10 saylı bağçanın müdiri Leyla Məmmədova rayonda bağçalara ayrılan ərzaqları satdırırlar.

Bu barədə redaksiyamıza Bərdə sakinlərindən daxil olan məlumatda iddia edilir.

İddialara görə, Bərdədə Vidadi İsayevin “kadrı” kimi tanınan Leyla Məmmədova bir müddətdir ki, rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu vəzifəyə Vidadi İsayev təyin edib.

Qeyd edilir ki, son il yarımda pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv faəliyyət göstərməsələr də, burada böyük miqdarda vəsait silinib.

İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, rayonda məktəb direktorlarının təyin edilməsində də rol oynayır.

Digər iddiaya görə isə Leyla Məmmədova yaxın zamanda rayonda yüksək vəzifəyə təyin ediləcək.

Məsələylə bağlı sayt Leyla Məmmədova ilə əlaqə saxlayıb.

O, açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib:

“Hər bir iddia əsaslı olmalıdır. Bu iddialar isə əsassızdır. Məsələnin doğruluq payı yoxdur. Bu cür əsassız iddiaları səsləndirənlər də məhkəmə qarşısında cavab verəcəklər”.(yenixeber.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar