Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürət Hüseynov: “Prezident Elçibəyin istefasını tələb etməmişəm”

Prezidentin Kələkiyə getməsi mənim üçün gözlənilməz oldu, ola bilsin, danışıb razılaşıblar”.

Bu sözləri Azərbaycanın sabiq Baş naziri, 4 iyun Gəncə qiyamının rəhbəri Sürət Hüseynov BBC radiosuna müsahibəsində deyib.
 
Gəncə hadisələri barədə danışan S.Hüseynov həmin vaxt baş verən siyasi proseslərə toxunub və bir sıra ittihamlarla çıxış edib.
 
Bununla yanaşı o prezident Elçibəyin istefasını tələb etmədiyini açıqlayıb: “Belə bir məsələ də qoymamışdım. Odur ki, prezidentin Kələkiyə getməsi mənim üçün gözlənilməz oldu. Nə üçün getdi? Bilmirəm. Ola bilsin danışıb razılaşıblar. Mənim Elçibəyə qarşı heç bir fikirm olmayıb və onun vəzifədən getməsini tələb etməmişəm”.
 
S.Hüseynov Gəncədə baş verən hadisələrdə Milli Məclisin sabiq sədri İsa Qəmbəri və Baş nazir Pənah Hüseyni ittiham edib: 
 
“4 iyun hadisələrinin planını quranlar İsa Qəmbər və Pənah Hüseyn olub. Mən hakimiyyətə müqavimət göstərməmişəm. Evdə, yasda olmuşam. Dəfələrlə müraciət etmişəm ki, gəlib hərbi hissəni təhvil alsınlar. Amma bunu etmədilər. Hərbi hissəni buraxmaq üçün 12 gün əvvəl əmr verilir. Bu vaxt ərzində o özü-özünü buraxmırsa o zaman qanun ona güc tətbiq etməyə imkan verir. Hərbi hissəyə hucum etdikdən sonra, 3 nəfər həlak olduqdan sonra bir pokovnikə əmri verib göndərirlər ki, get ver Sürətə… Mən Bakıya Elçibəyi yıxmaq üçün getməmişdim. Onlar güc göstərmək üçün Gəncəyə gəliblər”.
 
S.Hüseynov iyun hadisələrinə görə özünü günahkar bilmədiyini deyib və buna görə üzr istəmək niyyətində olmadığını vurğulayıb: “Mən niyə üzr istəməliyəm? Bu işlərdə heç bir günahım yoxdur. Etmədiyim işə görə niyə üzr istəməliyəm?”
 
S. Hüseynov haqqında “Rusiyanın adamı” olması barədə deyilənləri rədd edib. Buna baxmayaraq Baş nazir olduğu dönəmdə Qarabağ münaqişəsində Moskvanın neytrallığına nail olmaq üçün bəzi məsələlərin nəzər əalınmasının tərəfdarı olub. Bu sırada Azərbaycanın MDB-yə daxil olmasını dəstəkləyib.
 
Sabiq Baş nazir siyasətlə məşğul olmaq niyyətində olmadığını bildirib.
 
Xatırladaq ki, Sürət Hüseynovun 1993-cü il, 4 iyunda Gəncədə qaldırdığı qiyam nəticəsində ölkədə siyasi böhran yaranıb və nəticədə AXC hakimiyyəti devrilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Ən çox oxunanalar