Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərdə yollara minanı erməni keşişləri basdırıb? — Sensasion iddia

Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə nəticələnən mina partlayışı haqda müxtəlif versiya, hər versiyanın zəif və güclü tərəfləri var. Ortaq rəy birdir: minalar əraziyə yeni basdırılıb.

Bu hansı formada və necə edilə bilərdi?

1. Kəlbəcər istiqamətində sərhədi pozan erməni hərbçilər;

2. Qarabağda hələ də qalan erməni silahlılar;

3. Kəlbəcərdə Xudavəng monastrına ziyarət adı ilə gələn erməni keşişlər;

Kəlbəcər Azərbaycana 2020-ci ilin 25 noyabrında təhvil verildi, lakin Xudavəng monastrını çox da yada salmayan erməni keşişlər bundan sonra intensiv şəkildə bölgəyə gəlməkdə israr etməyə başladılar. Həmin vaxt bunun hədəfləri haqda yazmışdıq. Son hadisəyə görə yazının həmin hissəsini yenidən paylaşıram...

***

Erməni keşişlərin Xudavəngə gəlişi siyasi-hərbi məqsədə xidmət edir;

Casusluq: hələ orta əsrlərdə müxtəlif imperiyaların tərkibində pərakəndə formada yaşayan ermənilərin din adamlarının əsas missiyası casusluq olub və bu missiya günümüzə qədər davam edir. İndi onların Kəlbəcərə dini ayin adı altında qayıdışının bölgədəki vəziyyətlə bağlı informasiya toplamaq məqsədi daşıdığı şübhəsizdir.

Xudavəngdə nə gizlədilir?: SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi 1980-ci illərin sonlarında erməni kilsələrinin birinin zirzəmisindən 6 minaatan elektrik detonatoru ilə birlikdə, 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və digər silah-sursat tapmışdı. Qarabağda erməni separatizminin başlanması ərəfəsində erməni kilsələri silah anbarı kimi istifadə olunurdu. Və yaxın tarixin bu faktları Xudavəngdə silah-sursatın gizlədilməsi ehtimalını önə çıxarır. Dekabr ayında Alban-udi xristian icmasının Xudavəngə ziyarətinə əngəl yaratmaları, çəkiliş aparmağa icazə verməmələri də bu ehtimalı gücləndirirdi.

Qriqoryanlığın dindən çox, erməni ideologiyasına xidmət etdiyi, erməni terrorunun da məhz erməni kilsəsindən bəhrələndiyi məlumdur. O da məlumdur ki, I və II Qarabağ müharibələrində erməni keşişlər əllərinə silah alaraq, azərbaycanlılara qarşı döyüşüb. “Böyükdən kiçiyə qədər türkləri öldürün” şüarı erməni kilsəsinə məxsusdur.

***

Baş verən hadisədə Kəlbəcərə dini ayin adı altında gələn erməni keşişlərin ən azı bölgədəki vəziyyət haqda informasiya toplanması baxımından əlinin olduğu ehtimalı istisna deyil. Və bunun məsuliyyətini həm də rus sülhməramlıları daşıyır.

Asif Nərimanlı
Siyasi şərhçi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

Rusiya ilə müharibəyə hazırlıq: Avropa dövlətləri hərbi xidmətə məcburi çağırışa keçir

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar