Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin baş məşqçisi: "Bu uğurumuzu ermənilər həzm edə bilmədilər"

Azərbaycanın sambo üzrə milli komandasının baş məşqçisi Bəxtiyar Hacıyev Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatından uzaqlaşdırılmaları barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis "Report"a açıqlamasında 71 kq-da mübarizə aparan Emil Həsənova finalda haqsızlıq edildiyini bildirib. Onun sözlərinə görə, Həsənov qəsdən uduzdurulub: "Emil finala qədər İsrail, Fransa və ən çətin rəqibi olan Gürcüstan təmsilçilərini məğlub etmişdi. O, qızıl medalın bir addımlığında idi, fəxri kürsünün ən yüksək pilləsinə qalxacağına ümid edirdik. Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndə düşdükdə təslim olmayaraq vəziyyətdən çıxmağa çalışdığı an hakim görüşü saxladı və qələbəni rəqibə verdi. Təbii ki biz də buna etirazımızı bildirdik".

Baş məşqçi yığmanın Avropa çempionatından disklifikasiya edilməsində erməni faktoru, eyni zamanda rusiyalı hakimlər briqadasının rolunun olduğunu bildirib: "Belə bir ədalətsizlik Gürcüstan sambo yığmasına qarşı da oldu. Onlar sussalar da, biz bunu qəbul edə bilməzdik. Federasiyamızın rəhbəri Ceyhun Məmmədov da Avropa Sambo Federasiyasının prezidenti və yarışın hakimlər briqadasının rusiyalı rəhbərinə də etirazını bildirdi. Buna qədər gənclərimiz yarışlarda 1 qızıl, 1 gümüş və 1 bürünc qazanmaqla, 30 ölkə arasında komanda hesabında 3-cü olmuşldu. 98 kq-dan yuxarı çəkidə Toğrul Salmanov qızıl, 58 kq-da Nicat Məmmədli gümüş, 64 kq-da isə Elvin Bağırov bürünc medal qazanmışdılar. Təbii ki, bu uğurumuzu nə ruslar, nə də ermənilər həzm edə bildilər və böyüklərdən ibarət komandamızın da nailiyyət əldə etməsinin qarşısını aldılar. Biz 28 may - Respublika günü münasibətilə xalqımızı qələbələrimizlə sevindirmək və şanlı bayrağımızı yüksəklərə qaldırmaq istəyirdik. Lakin dediyim amillər bu istəyimizə mane oldu".

B.Hacıyev onu da bildirib ki, mayın 31-də ölkəyə qayıtdıqdan sonra məsələ ilə əlaqədar beynəlxalq idman qurumlarına rəhbərlik səviyyəsində rəsmən şikayətlərini bildirəcəklər.

pia.az 


Etiket: Milli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay