Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspertlər: "Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür"

Dağlıq Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür. Bu barədə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.

Ağdamda Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti Rusiya və Türkiyənin münasibətlərində ortaq nöqtələri tapa biləcəyi və birgə layihələri reallaşdıracaqlarının nümunəsidir. Dağlıq Qarabağ məsələsində həm Rusiya, həm də Türkiyənin maraqları üst-üstə düşüb, bu da regionda sülhün bərqərar olması üçün zəmin yaradır”, - Korotçenko “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsü vasitəsi ilə bağlantı zamanı bildirib.

Öz növbəsində, rusiyalı ekspert, politoloq, “Siyasi Araşdırmalar İnstitutunun” baş direktoru Sergey Markov qeyd edib ki, Türkiyənin siyasi dəstəyi və Ankaranın Azərbaycana hərbi yardım göstərmək vədi Ermənistan silahlı qüvvələrinin (44 günlük müharibə dövründə - İF) Azərbaycanın neft-qaz nəqli infrastrukturuna zərbə endirmək imkanlarını puç etdi.

“Bundan başqa Türkiyə sübut etdi ki, Böyük və Yaxın Şərq regionunda əsas oyunçulardan biridir. Bu, həmçinin Birgə Monitorinq Mərkəzinin fəaliyyəti zamanı da Rusiya tərəfindən təsdiqlənib. Sıx, siyasi, hətta hərbi ittifaq təşkil edən Azərbaycan və Türkiyə qarşılıqlı əlaqələri Rusiya rəhbərliyi tərəfindən Azərbaycan və Türkiyə xalqlarının suveren siyasət yürütmək hüququ kimi tanınır. Bu cür ittifaqdan Moskva üçün heç bir təhdid görmürük, çünki Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq qurub”, - Markov qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.

Markovun fikrinə görə, Rusiya və Türkiyə çoxqütblüdünya, Avrasiya məkanında qarşılıqlı yardım qavrayışını inkişaf etdirmək məqsədi güdür. Həmçinin o qeyd edib ki, Rusiya-Türkiyə ittifaqı “ABŞ və Aİ-nin diktaturasına” əngəl törədəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay